Rusiya vətəndaşlarından ibarət
iki mütəşəkkil
cinayətkar dəstənin
üzvləri barəsində
həbs qətimkan tədbiri seçilib
İrandan narkotik
vasitələrin tranzitində
və onlayn dövriyyəsində şübhəli
bilinən Rusiya vətəndaşlarından ibarət
iki mütəşəkkil
cinayətkar dəstənin
üzvləri barəsində
həbs qətimkan tədbiri seçilib.
AZƏRTAC xəbər verir ki, saxlanılan
şəxslər Səbail
Rayon Məhkəməsinə
gətirilib. Onlar vəkillərlə təmin
edilib.
Məhkəmədə 8 nəfər barəsində
həbs qətimkan tədbirinin seçilməsi
ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara ayrı-ayrılıqda baxılıb.
Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində
4 ay müddətinə
həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə cinayət işi başlanılıb.
Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.9.