Sosial Xidmətlər Agentliyinin fəaliyyətinin 5 iliyinə
həsr olunmuş
"Bir qucaq qayğı" festivalı
keçirilib
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının
5 illiyi münasibətilə
"Bir qucaq qayğı" festivalı
keçirilib.
Tədbir yubiley
xarakteri daşımaqla
yanaşı, uşaqların
isti ailə mühitində böyüməsinin
önəmini vurğulamaq
məqsədilə təşkil
olunub.
Tədbirdə çıxış
edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər sosial sahədə həyata keçirilən
genişmiqyaslı islahatlar
haqqında məlumat verib. O, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas əhali qruplarına, xüsusilə də uşaqlara göstərdiyi
diqqət və qayğıdan bəhs edib.
Millət vəkili
Mehriban Vəliyeva uşaqların cəmiyyətə
inteqrasiyasında sosial
dəstək tədbirlərinin
mühüm rol oynadığını bildirib.
Xüsusi qayğıya
ehtiyacı olan uşaqların iştirakı
təmin olunan bu kimi tədbirlərin
əhəmiyyətini qeyd
edib.
Sosial Xidmətlər
Agentliyinin İdarə
Heyətinin sədri Vüqar Behbudov qurumun ötən dövrdə həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə
təmin edilməsi istiqamətində gördüyü
işləri, həyata
keçirdiyi layihələri
diqqətə çatdırıb.
"Bir qucaq qayğı" festivalının
məqsədi dövlət
qayğısı ilə
əhatə olunmuş
uşaqların cəmiyyətə
inteqrasiyasını təşviq
etmək, onların bacarıq və istedadlarını nümayiş
etdirmək olub. Tədbirdə agentliyin müxtəlif sosial xidmət müəssisələrinin
azyaşlı sakinləri
və digər benefisiarları çıxış
ediblər. Onların ifasında bir-birindən gözəl mahnılar və rəqs nümunələri təqdim
olunub. Maraqlı anlarla yadda qalan
festivalda dövlət
qurumlarının, qeyri-hökumət
təşkilatlarının nümayəndələri, jurnalistlər,
benefisiarlar, eləcə
də sənət adamları iştirak ediblər. Xalq artisti Faiq Ağayev,
müğənni Murad
Arif və digər sənətçilərin
çıxışları tədbirə xüsusi rəng qatıb, uşaqların sevincini daha da artırıb.
Festival çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi təşkil olunub, interaktiv guşələr, master-klasslar həyata keçirilib. Agentliyin müxtəlif xidmət istiqamətlərinə həsr olunmuş guşələrdə 5 il ərzində görülən işlər, təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.
Azərbaycan.-2025.- 2 iyul (№ 132).- S.12.