Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı və 17-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4 (II kitab),
maddə 251 (Cild I);
2024, ¹ 1, maddələr 8, 18, ¹ 3, maddə 250, ¹ 7, maddə
772, ¹ 11, maddə 1189, ¹ 12 (II kitab), maddələr 1330,
1350; 2025, ¹ 1, maddə 1, ¹ 2, maddələr 98, 99, ¹ 3, maddələr
217, 221; Azərbaycan Respublikasının
2025-ci il 11 aprel tarixli 172-VIIQD və
178-VIIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 73.2-ci maddədə "142.1" rəqəmləri
"141.2-1, 142.1, 142.2" rəqəmləri
ilə əvəz edilsin;
1.2. 136.2-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada
verilsin:
"üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ildən dörd ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ildən dörd ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.";
1.3. 138.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada
verilsin:
"üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ildən üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ildən dörd ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.";
1.4. 141-ci maddə
üzrə:
1.4.1. 141.2-ci maddənin dispozisiyasında
"Xüsusi ali tibbi" sözləri
"Müvafiq ali tibb" sözləri ilə əvəz edilsin;
1.4.2. aşağıdakı məzmunda 141.2-1-ci maddə
əlavə edilsin:
"141.2-1. Bu Məcəllənin
141.1 və 141.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər nəticəsində
zərərçəkmiş şəxsin sağlamlığına
ehtiyatsızlıqdan az
ağır zərər
vurulduqda -
iki ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.";
1.4.3. 141.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada
verilsin:
"üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.";
1.5. 142-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"Maddə 142. Tibbi
xidmətin göstərilməsi
qaydalarını pozma
142.1. Qanuna və
ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb
işçisinin üzrlü
səbəblər olmadan
tibbi yardım göstərməməsi, yaxud
tibb işçisinin işə vicdansız və ya laqeyd
münasibəti nəticəsində
öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan
şəxsin sağlamlığına
az ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
142.2. Ali və
ya orta ixtisas
tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan
və ya qüvvədə olmayan şəxs tərəfindən
praktik tibb fəaliyyətinin həyata
keçirilməsi, habelə
tibb işçisi tərəfindən ixtisasına
uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud
dövlət tibb müəssisələrinin nizamnamələrində
və ya özəl tibb fəaliyyəti sahəsində
onlara verilmiş lisenziyada göstərilən
işlərdən və
xidmətlərdən kənar
(ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin
həyata keçirilməsi
ehtiyatsızlıqdan şəxsin
sağlamlığına az
ağır zərər
vurulmasına səbəb
olduqda -
iki ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
bir ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya bir
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
142.3. Bu Məcəllənin
142.1 və 142.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin sağlamlığına
ağır zərərin
vurulmasına səbəb
olduqda -
üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə və ya edilməməklə
iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
142.4. Bu Məcəllənin
142.1 və 142.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda -
üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki
ildən dörd ilədək müddətə
azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
142.5. Bu Məcəllənin
142.1 və 142.2-ci maddələrində
nəzərdə tutulmuş
əməllər ehtiyatsızlıqdan
iki və daha çox şəxsin ölümünə
səbəb olduqda -
üç ilədək
müddətə müəyyən
vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.".
Maddə 2. Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (II kitab),
maddə 585 (Cild I);
2024, ¹ 1, maddə 4, ¹ 4, maddələr
362, 365, 368, ¹ 6 (I kitab), maddə
631; 2025, ¹ 1, maddə 1, ¹ 2, maddə 98; Azərbaycan Respublikasının 2025-ci il
28 fevral tarixli 147-VIIQD
nömrəli Qanunu)
215.3.1-ci maddəsinə "135-138," rəqəmlərindən sonra
"142 (cinayət işi
prokurorluqda başlandıqda),"
sözləri əlavə
edilsin.
Maddə 3. Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202 (Cild I); 2024, ¹ 1, maddə
18, ¹ 2, maddə 135, ¹ 4, maddə
362, ¹ 5 (I kitab), maddələr
487, 489, 492, 503, ¹ 7, maddələr 750, 768,
771, 772, ¹ 12 (I kitab), maddə
1280 (II kitab), maddələr
1330, 1350; 2025, ¹ 1, maddələr 1, 15, ¹ 2,
maddə 99,¹ 3, maddə
217; Azərbaycan Respublikasının
2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli,
7 mart tarixli 152-VIIQD nömrəli, 11 aprel tarixli 178-VIIQD nömrəli və 1 may tarixli 189-VIIQD nömrəli qanunları)
215-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. adında "vətəndaşların"
sözü "şəxslərin"
sözü ilə əvəz edilsin;
3.2. 215.1-ci maddənin dispozisiyası aşağıdakı
redaksiyada verilsin:
"215.1. Ali və
ya orta ixtisas
tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan
və ya qüvvədə olmayan şəxs tərəfindən
praktik tibb fəaliyyətinin həyata
keçirilməsinə, habelə
tibb işçisi tərəfindən ixtisasına
uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud
tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət
tibb müəssisələrinin
nizamnamələrində və
ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən
və xidmətlərdən
kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə
görə -";
3.3. 215.4-cü maddənin dispozisiyasında "Qanunvericiliyə
uyğun olaraq sertifikasiyadan keçməyən
şəxslərin (işçilərin)"
sözləri "Ali
və ya orta ixtisas tibb
təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş
sertifikasiya şəhadətnaməsi
olmayan və ya qüvvədə olmayan şəxslərin"
sözləri ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 215.5-ci maddə
əlavə edilsin:
"215.5. Tibb işçisinin
işə vicdansız
və ya laqeyd münasibəti nəticəsində öz
peşə vəzifəsini
yerinə yetirməməsi
və ya lazımi qaydada yerinə yetirməməsi
ehtiyatsızlıqdan şəxsin
sağlamlığına yüngül
zərər vurulmasına
səbəb olduqda -
fiziki şəxslər
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli
şəxslər min manatdan min beş
yüz manatadək məbləğdə, hüquqi
şəxslər yeddi
min manatdan doqquz min manatadək
məbləğdə cərimə
edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 iyun 2025-ci il
Azərbaycan.-2025.- 3 iyul (¹ 133).- S.6.