"Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli
Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan orqan barədə təkliflərini
hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. "Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
610 (Cild I); 2024, ¹ 1, maddələr
24, 33, ¹ 4, maddə 387, ¹ 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin
ikinci abzasında
"139-144" rəqəmləri
"139-141, 142 (cinayət işi
Azərbaycan Respublikasının
daxili işlər (polis) orqanları tərəfindən başlandıqda),
143-144" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyul 2025-ci il
Azərbaycan.-2025.-
3 iyul (№ 133).- S.6.