Baş
nazir Əli Əsədov Əfqanıstanın
Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın
Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.
Nazirlər Kabinetindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Xankəndi
şəhərində keçirilən
İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün
əhəmiyyətinə toxunulub.
Ölkəmizin 1992-ci ildə ECO-ya qoşulduğu gündən
regionda əməkdaşlığın
inkişafına xidmət
edən müxtəlif
təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki,
Azərbaycanın müəllifi
olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün
ECO ölkələri üçün
faydalıdır.
Görüş zamanı
Azərbaycan ilə Əfqanıstan arasında
iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə
əməkdaşlıq imkanları
müzakirə olunub.
Eyni zamanda, Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.
Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.6.