Baş
nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatar ilə görüşüb.
Görüşdə İqtisadi Əməkdaşlıq
Təşkilatında (İƏT) müşahidəçi dövlət
statusuna malik olan Şimali Kiprin Prezidentinin
İƏT-in Xankəndi
şəhərində keçirilən
17-ci Zirvə görüşündə
iştirakının önəmi
vurğulanıb.
Azərbaycan Respublikası
ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında
son dövrdə müxtəlif səviyyələrdə
qarşılıqlı səfərlərin
həyata keçirildiyi
qeyd edilib.
Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.6.