Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan
Diasporuna Dəstək
Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu”nda dəyişiklik
edilməsi haqqında
¹ 189
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 1, maddə
173 (Cild I); 2024, ¹ 4, maddə
441) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsinin
tabeliyində Azərbaycan
Diasporuna Dəstək
Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Qərarın
1-ci hissəsi ilə edilmiş dəyişikliklə
bağlı tələb
olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan
Respublikasının dövlət
büdcəsində Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsinin
tabeliyində Azərbaycan
Diasporuna Dəstək
Fondu üçün
nəzərdə tutulmuş
vəsait hesabına həyata keçirilsin.
3. Bu Qərar 2025-ci il aprelin 1-dən
tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri,
“ 30 ” “ iyun ” 2025-ci il
Azərbaycan.-2025.- 3 iyul
(¹ 133).- S.6.