Laçında
İqtisadi Əməkdaşlıq
Təşkilatının Qadınlar
Forumu keçirilib
İyulun 2-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü
ilə Laçın şəhərində ilk dəfə
olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı
(ECO) Həftəsi çərçivəsində
ECO-nun Qadınlar Forumu
təşkil edilib.
AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, forumun əsas məqsədi qadınların bütün
sahələrdə imkanlarının
artırılması üçün
ECO ölkələrində sektorlararası əməkdaşlığı
təşviq etmək,
eləcə də təşkilatın əhatə
etdiyi regionda dayanıqlı, inklüziv
və davamlı cəmiyyətlərin formalaşmasında
onların rolunu vurğulamaq və gücləndirməkdən ibarətdir.
Tədbirdə çıxış
edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri
Bahar Muradova Prezident İlham Əliyevin
təşəbbüsü ilə ilk dəfə olaraq ECO Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzurda keçirilməsini
tarixi hadisə adlandırıb. Komitə
sədrinin sözlərinə
görə, ECO kimi vacib regional format çərçivəsində
Qadınlar Forumunun təşkili qadınlar arasında davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması
sahəsində sistemli
və davamlı
regional əməkdaşlığın başlanğıcı ola bilər.
O diqqətə
çatdırıb ki, qadınların
iqtisadi imkanlarının
artırılması və
sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin
göstəricisidir: "Biz inanırıq ki, qadınların
iqtisadi müstəqilliyi
olmadan onların sosial və siyasi güclənməsindən
danışmaq mümkün
deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə
çıxış edir
və bu sferada müsbət təcrübəsini paylaşmağa
hazırdır. Ölkəmizdə
qadın sahibkarlığının
inkişafı üçün
güzəştli maliyyə
alətləri, bacarıqların
artırılması proqramları,
kənd yerlərində
qadın əməkdaşlığını
gücləndirən kooperativ
modelləri geniş vüsət alıb. Eyni zamanda, qadınların
təhsilə çıxışı,
elmdə, texnologiyada, innovasiyada fəallığının
artırılması sahəsində
də ölkəmiz ciddi nəticələr əldə edib”.
Daha sonra B.Muradova bildirib:
“Cəmiyyətin inkişafını
qadınsız təsəvvür
etmək olmaz”, - deyən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisidir. Məhz Ümummilli Liderin hakimiyyətə gəlişindən
sonra Azərbaycanda dövlət strukturlarında
və ictimai işlərdə qadınlar
irəli çəkilib.
Bunun nəticəsidir ki, 1998-ci ildə Ulu Öndər Azərbaycanda qadınlarla
bağlı siyasətin
mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün
Qadın Problemləri
üzrə Dövlət
Komitəsinin yaradılması
haqqında Fərman imzalayıb. Qadın məsələlərinin həlli
sahəsində Prezident
İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban Əliyevanın
göstərdikləri diqqət
və qayğı ölkəmizdə qadınların
ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq
edən nümunəvi
dövlət siyasətinin
təzahürüdür. ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər. Biz bu çərçivədə
qadınların regional iqtisadi
layihələrdə iştirakını
təşviq edə, təhsil və rəqəmsal bacarıqlar
üzrə ortaq təşəbbüslər yarada,
gənc qadın liderlər üçün
yeni platformalar açan
bir əməkdaşlıq
mərkəzi ola bilərik.
Azərbaycan digər çoxtərəfli formatlar
çərçivəsində olduğu kimi, ECO müstəvisində də
qadınların dayanıqlı
inkişaf sahəsində
əməkdaşlığının tərəfdarıdır. Həmin
platforma, eyni zamanda, 2025-ci ildə başa çatan ECO-nun Baxış sənədinin
davamı kimi və 2026–2035-ci illəri əhatə edəcək
yeni inkişaf strategiyasının
işlənib hazırlanmasında
mühüm rol oynaya bilər. İnanıram ki, bu forumun nəticələri
ECO-da yeni səhifə açacaq
və biz bu yolda tərəfdaşlarımızla
çiyin-çiyinə irəliləyəcəyik".
ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev ECO-nun gender bərabərliyinin
təmin olunması istiqamətində mühüm
addımlar atdığını
və qadınların
dəstəklənməsində çox israrlı olduğunu bildirib. Onun sözlərinə görə, forum qadınların
güclü iqtisadi cəmiyyətin qurulmasındakı
rolunu bir daha ortaya çıxaracaq.
“Qadınlara təkcə
ənənəvi deyil,
müasir sahələrdə
də dəstək göstərilməli, onların
rəqəmsal bacarıqları
artırılmalıdır. Artıq təşkilatın
qadınların texnologiya
sahəsində inkişafı
ilə bağlı planları da hazırdır”,
- deyə o diqqətə
çatdırıb.
Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova ECO-ya üzv dövlətlərdə
qadınların ekoloji
fəallığının artırılması məqsədilə
müsabiqənin təşkil
olunmasını və
ilk belə tədbirin
Özbəkistanda keçirilməsini
təklif edib. Onun sözlərinə görə, qadınların
təhsil, elm, iqtisadi sahələrdə inkişafı
regional dayanıqlılığa imkan verəcək.
"ECO Həftəsi çərçivəsində
keçirilən ilk Qadınlar
Forumunun təşkilinə
görə Azərbaycan
hökumətinə təşəkkür
edirəm. Forum rəhbər
qadınlar arasında
dialoqun qurulması üçün mühüm
platformaya çevriləcək",
- deyə Özbəkistanın
Baş nazirinin müavini bildirib.
BMT Baş katibinin müavini, təşkilatın
Dayanıqlı İnkişaf
Qrupunun sədri Amina
Mohammed videomüraciətində ECO-nun Qadınlar Forumunun sadəcə görüş
deyil, həm də bir dialoq,
bəyanat olduğunu vurğulayıb. "Qadınlar
innovasiya və yaşıl iqtisadiyyatda vacib rol oynamalı,
təhsilə transformasiya
etməli, öz ölkələrində aparıcı
qüvvə olmalıdırlar.
Bu, bizim üçün
prioritetdir. Əgər
cəmiyyətdə dəyişikliklərə
nail olmaq istəyirsinizsə,
qadınların təhsilə
çıxışı təmin
edilməlidir. Onlar dövlət xidmətlərində,
özəl sektor və sahibkarlıqda da fəal olmalıdırlar.
Çünki qadınlar
gələcəyi formalaşdırırlar.
Gender bərabərliyinin təmin
edilməsi vacibdir. Ötən ilin sentyabrında BMT çərçivəsində
bununla bağlı xüsusi sənəd qəbul etmişik. Sənəd qadınların
dayanıqlı inkişafının
təmin olunmasındakı
rolundan bəhs edir. Bu ilin oktyabr
ayında BMT çərçivəsində
növbəti forum keçiriləcək.
Bu, bizim aramızda həmrəyliyin təzahürü
olacaq. Biz transformativ dəyişikliklərə birlikdə
nail olacağıq. Bir yerdə
bu məsələnin
öhdəsindən gələ,
daha inklüziv və ədalətli cəmiyyət qura bilərik. Göstərdiyiniz
rəhbərlik keyfiyyətlərinə
görə minnətdaram",
- deyə A.Mohammed
bildirib.
Foruma videomüraciətində
dünyanın bir sıra problemlərlə üzləşdiyini vurğulayan
BMT-nin Baş katibinin müavini, təşkilatın Asiya və Sakit Okean
üzrə İqtisadi
və Sosial Komissiyasının İcraçı
katibi Armida Salsiah Alisjahbana deyib: "Elə dövrdə yaşayırıq ki, böhranlar
çoxdur, ekosistemlər
məhv olur, iqtisadiyyatda qeyri-aydınlıq
mövcuddur. Düşünürük
ki, bu məsələlərlə
bağlı çağırışları
öz imkanlarımıza
çevirməliyik. Rəhbərlik
keyfiyyətlərimizi, bacarıqlarımızı
və innovasiya ilə bağlı olduğumuzu nümayiş
etdirməliyik. Bu gün
Asiya və Sakit Okean regionu
üzrə qadınların
fəaliyyəti ilə
yaxından maraqlanır
və onların innovasiyaya çıxışının
təmin edilməsi üçün çalışırıq.
Bütün bu işlərin həyata keçirilməsində bir
maneə var: maliyyələşmə.
Regionumuzda qadınların,
o cümlədən gənc
qızların yalnız
7 faizinin innovasiyaya çıxışı var. Son illər 90 milyon dollar vəsait ayıraraq 2 minə qədər ailəyə yardım göstərmişik ki, onlar
yaşıl iqtisadiyyatın
bir hissəsinə çevrilsinlər, xüsusilə
onların regional bazarlara
çıxışları olsun. Bu, həm də onu göstərir
ki, qadınlar artıq
rəqəmsal iqtisadiyyatın
bir hissəsinə çevrilirlər. Bakıda
irəli sürülmüş
təşəbbüs əsasında
düşünürük ki, iqlimlə bağlı müxtəlif həll variantlarını tapacaq, vəsaitlərin mənbələrini
müəyyən edəcəyik.
Belə uğurlu təşəbbüslər dayanıqlı
gələcəyi təmin
etmək üçün
çox əhəmiyyətlidir.
Forum gözəl bir fürsətdir ki, belə
bir strategiyalara nəzər salaq, səylərimizi gücləndirək,
qadınlar üçün
imkanlar yaradaq. Bu yaxınlarda Asiya və Sakit Okean
üzrə İqtisadi
və Sosial Komissiyanın ikinci sessiyası keçiriləcək.
Azərbaycan həmin sessiyada xüsusi təşkilatçı rolunu
oynayacaq. Orada Asiya və Sakit
Okean regionu üzrə iqlimlə bağlı müxtəlif
həll variantlarının
açıqlanmasını gözləyirik. Bir yerdə
işləməli və
irəli getməliyik
ki, dayanıqlı gələcəyi
quraq".
Sonra "Hənifə Məlikova - Zərdabi qızların təhsili təqaüd proqramı" adlı
film nümayiş etdirilib.
Forum "İqlimə dayanıqlılıq
üçün insan
inkişafında qadınların
rolu", “Şəhərsalmanın
inkişafında qadınların
rolu" və "Dayanıqlı inkişafda
qadınların rolu"
mövzularında panel sessiyalarla
davam edib. Panel sessiyalar zamanı “İqlim davamlılığı
üçün insan
inkişafında qadınların
rolu”, “Təhsil vasitəsilə qadınlar,
o cümlədən qızlar
üçün imkanların
artırılması”, “Rəqəmsal
inklüzivlik: innovasiyalar
və təcrübə
mübadiləsi” və
digər mövzular müzakirə olunub.
Yekunda çıxış
edən AQUPDK-nın sədri B.Muradova
forumun fərqli mövzularda baş tutan və sektorlararası
əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrildiyini
vurğulayıb. Qadınların
regional və qlobal inkişaf proseslərində
lider rolunun gücləndirilməsi naminə
baxışların, ortaq
iradənin formalaşmasına
təkan verdiyini və onların regional həmrəyliyin parlaq təcəssümü olduğunu
deyib. "Biz - müxtəlif
ölkələrdən olan
fikir liderləri, siyasətçilər, beynəlxalq
qurumların nümayəndələri
və vətəndaş
cəmiyyəti təmsilçiləri
bir araya gələrək, qadınların
yaşıl gələcək
naminə potensialını
necə daha yaxşı səfərbər
edə biləcəyimizi
müzakirə etdik. Ortaq dəyərlər üzərində gələcək
üçün birgə
niyyətlərimizi müəyyənləşdirdik.
Bir daha əmin olduq ki, ECO regionunda qadınların bilik, bacarıq və liderlik potensialı dayanıqlı inkişaf proseslərinin mərkəzində
yer almalıdır. Bütün panel sessiyalarda
səslənən fikirlər,
təcrübə paylaşımı
və tövsiyələr
sübut etdi ki, təhsil, sağlamlıq,
yaşıl iqtisadiyyat,
rəqəmsal transformasiya
və şəhərsalma
kimi sahələrdə
qadınların liderliyinin
təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Forum bir daha göstərdi ki, qadınların hərtərəfli
inkişafına göstərilən
diqqət gələcəyə
əhəmiyyətli sərmayə
olmaqla yanaşı, həm də inklüziv inkişafa böyük töhfədir.
Azərbaycan olaraq, biz
bu prinsiplərə sadiqik və inanırıq ki, qadınların
gücləndirilməsi həm
milli inkişaf, həm
də bugünkü qlobal çağırışlara
cavab vermək baxımından çox vacibdir. Əmin edirəm ki, Azərbaycan dövləti bu istiqamətlərdə səyləri
davam etdirəcək, irəli sürdüyümüz
təşəbbüsləri konkret nəticələrə
çevirməyə çalışacaq".
ECO-nun Baş katibi Əsəd Məcid Xan forumda aparılan faydalı fikir mübadiləsinin davamlı
və yaşıl gələcəyin qurulmasına,
həmçinin təşkilatın
qarşısına qoyduğu
məqsədlərin həyata
keçirilməsinə töhfə
verəcəyinə ümid
etdiyini vurğulayıb.
Azərbaycan.-2025.-
3 iyul (¹ 133).- S.7.