Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda panellər üzrə müzakirələr görüşlər keçirilib

 

Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun açılış mərasimindən sonra tədbir panel müzakirələrlə davam edib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri iştirak çıxış ediblər.

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə keçirilənStrateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə əldə olunmuş razılaşmalar onların həyata keçirilməsinə nəzarətmövzusunda birinci panel sessiyada parlamentin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputat Əminə Ağazadə mövzu üzrə çıxış ediblər.

İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes investisiyalar üçün yeni imkanlarmövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq edib. Bu sessiyada deputatlar Azər Kərimli, Azər Badamov Tahir Mirkişili çıxış edərək, fikirlərini bölüşüblər.

Deputat Bəxtiyar Əliyevin moderatorluğu iləƏqli kapital rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlarmövzusunda keçirilən üçüncü panel müzakirələrində Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Samir Vəliyev, Fariz İsmayılzadə, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə keçirilən Mədəniyyət, turizm səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıqmövzusuna həsr olunmuş dördüncü panel sessiyada isə deputatlar Günay Əfəndiyeva, Cavanşir Feyziyev Müşfiq Məmmədli çıxış ediblər.

Forumun beşinci panel sessiyasıYaşıl gələcək: ətraf mühitin mühafizəsində iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolumövzusuna həsr olunub. Bu mövzuda müzakirələrə Milli Məclisin deputatı Fatma Yıldırım moderatorluq edib, deputatlar Nigar Arpadarai Eyvaz Qurbanov isə fikirlərini bölüşüblər.

Sonuncualtıncı panel sessiyaCəmiyyətin dövlətin inkişafında qadınların gənclərin səsi: parlament perspektivimövzusunda təşkil edilib. Parlamentin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə moderator olub. Nümayəndə heyətinin üzvləri Könül Nurullayeva Nigar Məmmədova çıxış ediblər.

Forum çərçivəsində Milli Məclisin deputatları özbəkistanlı həmkarları ilə görüşüblər. Nümayəndə heyətlərinin qadın deputatları arasında keçirilən görüşdə Tənzilə Rüstəmxanlı, Fatma Yıldırım, Könül Nurullayeva Günay Əfəndiyeva iştirak ediblər. Görüşdə xalqlarımızın oxşar tarixi, mədəni mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Söhbət zamanı ölkəmizdə ailə institutunun qorunması istiqamətində görülən tədbirlər, bu istiqamətdə mövcud olan qanunvericilik bazası haqqında məlumat verilib. O cümlədən dost, qardaş xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində parlament müstəvisində atılan addımlar təqdir olunub.

Dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə isə Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Əminə Ağazadə, Nigar Məmmədova Anar Məmmədov iştirak ediblər. Görüşdə forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında yeni əməkdaşlıq mexanizminə çevriləcəyi qeyd olunub. Vurğulanıb ki, iki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Qanunvericilik orqanları, o cümlədən parlamentlərin dostluq qrupları da xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsində özünəməxsus rol oynayır.

Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 30-da iyulun 1-də Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində işgüzar səfərdə olub.

 

Azərbaycan.-2025.- 3 iyul (¹ 133).- S.7.