Xankəndi Zirvə görüşü mühüm çağırışları ehtiva edir

 

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti keçiriləcək. İyulun 1-dən etibarən "İƏT Həftəsi"  çərçivəsində Ağdamda Gənclər Forumu, Şuşada bisnes forumu, Laçında qadınlar forumu keçirilib.

Bu beynəlxalq toplantılar bundan öncə keçirilən konfranslar onu deməyə əsas verir ki, Qarabağ Şərqi Zəngəzur həm qlobal əməkdaşlıq məkanına çevrilir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar diplomatik mərkəz kimi dünyada nüfuzunu mövqeyini möhkəmləndirməsi evsahibliyi etdiyi tədbirlərin fonunda daha aydın görünür. Son beş ilin qürurverici hadisələrindən biri paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın nüfuzlu beynəlxalq tədbirlərə evşahibliyi etməsidir. "Bu günədək azad Şuşanın, Laçının, Ağdamın, Zəngilanın belə tədbirlərə evsahibliyi etməsi tarixi Zəfərimizin yaratdığı yeni reallıqların təqdimatında, bu məkanlardan  günümüzün əsas çağırışlarının səsləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan  beş ildir tarixi Zəfərinin yaratdığı reallıqları yaşayır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinin Xankəndidə keçirilməsi özündə mühüm çağırışları ehtiva edir. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Xankəndidə keçiriləcək sammitdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq.

Azərbaycanın İƏT- fəal rolunun təşkilatın məqsədlərinə verdiyi dəstəyin bu Zirvə toplantısının uğurlu keçməsinə zəmin yaradacağını deyən V.Rəhimzadə vurğulayıb ki, ölkəmizin bugünədək evsahibliyi etdiyi tədbirlərə diqqət yetirsək, təşkilatçılığın ən yüksək səviyyədə olduğunu, həmçinin uğurlu nəticələrə imza atıldığını görərik: "Bu, Azərbaycanın regionda liderliyinin təsdiqidir. Onu da qeyd edək ki, 2023-cü ilin  oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixli "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb". 

Siyasətçi qeyd edib ki, Xankəndi Zirvə görüşü Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Bu sammit  İƏTüzv ölkələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə sürətlə cəlb olunmasına gətirib çıxara bilər. Üzv dövlətlərdən Türkiyə, Özbəkistan, Qırğızıstan Qazaxıstan artıq bərpa-quruculuq işlərinə öz töhfələrini veriblər. Göstərilən dəstək türk birliyinin, həmrəyliyinin dünyaya nümayişi olacaq.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.8.