Şovinizm inkişafa əməkdaşlığa əngəldir

 

Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik nəticəsində iki nəfərin ölməsi çoxlu sayda soydaşlarımızın ağır xəsarət alması bütün dünya azərbaycanlılarının böyük kədərinə narazılığına səbəb olub. Təəssüflə qeyd etməliyəm ki, insanlığa sığmayan belə bir zorakı hadisə azərbaycanlıların hazırda yaşadığı dünyanın heç bir yerində, istər geridə qalmış, istər inkişafda olan, istərsə inkişaf etmiş ölkəsində baş vermədiyi halda, yalnız Rusiya Federasiyasında müşahidə olunur.

Qanuna zidd, işgəncə ilə törədilən bu hadisələr Rusiya Federasiyasında rus olmayan vətəndaşlara miqrantlara qarşı yönəldilib fasilələrlə baş verməkdə davam edir. Rusiya Federasiyasının siyasi rəhbərliyi ölkə daxilində hamı üçün eyni qayda-qanun yaratmaq ona əməl etmək, habelə qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirmək əvəzinə, bu qanun pozuntusuna insanların qəzəbinə səbəb olan zorakı hərəkətlərinə ölkənin daxili işi kimi yanaşıb ona haqq qazandırmağa çalışır. Bu məfkurə yiyələri unudur ki, indi XXI əsrdir, baş verdiyini anındaca bütün dünya bilir görür. Həm belə hadisələrin məqsədlə törədilməsini hamı çox aydın dərk edir. Bu zorakı hüquq pozuntusu rus millətindən olan ən qatı cinayətkara qarşı törədilmir. Belə halın baş verməsi, ümumiyyətlə, bütün bəşəri dəyərlərə hörmətsizlik çox ciddi qanun pozuntusu kimi lənətlənir. Çünki cinayətdə şübhəli bilinənin istintaqa cəlb edilməsi qaydası qanunda əks olunub. Qanuna əməl olunması isə şübhəli şəxsin milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından digər amillərdən asılı olmayaraq, hamı üçün eynidir. Rusiya Federasiyasında buna əməl etmirlər, başqa millətin nümayəndəsinə mütləq qaydada zor tətbiq edirlər, alçaldırlar, hüquqlarını pozurlar.

Hesab edirik ki, Rusiya Federasiyası şovinizm yuxusundan ayılmalıdır, bunun vaxtı çoxdan çatıb. Artıq anlamaq lazımdır ki, bu metodla yaxşı heç nəyə nail olmaq mümkün deyil, əksinə, mövcud münasibətlərə xələl gətirir. Bütün bunlar ölkənin inkişafına, qonşularla xoş münasibətə tərəflər üçün səmərəli əməkdaşlığa yox, əlaqələrdə tənəzzülə heç kimə xeyir verməyən qarşıdurmaya xidmət edir.

Azərbaycan Respublikasında uzun müddətdir həyata keçirilən düşünülmüş daxili xarici siyasət nəticəsində ölkəmiz dünyanın ən tolerant məkanı kimi tanınır mövcud qanunvericilik aktları respublikamızda yaşayan bütün insanlara, onların milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından asılı olmayaraq, eyni qaydada tətbiq edilir. Rusiya Federasiyasında qeyri-rus millətindən olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı dəfələrlə zorakılıq halları törədilsə , Azərbaycanda indiyə kimi bir dəfə olsun heç bir digər millətin nümayəndəsinə qarşı qanuna zidd hal baş verməmişdir bundan sonra da baş verməsi mümkün deyil. Çünki xalqımız dövlətimiz öz inkişafını daxili resurslarından səmərəli istifadə etməkdə, tərəfdaş ölkələr xalqlarla səmimi qarşılıqlı münasibətlər əlverişli əməkdaşlıq etmək yolunda görür buna ciddi əməl edir. Gözlədiyimiz odur ki, Rusiya Federasiyasında da qeyri-qanuni zorakılıq hallarına son qoyulsun, orada yaşayan azərbaycanlılara digər millətdən olan insanlara qlobal bəşəri dəyərlərə uyğun münasibət göstərilsin. Yalnız bu yol Rusiya Federasiyasının xalqının gələcək inkişafına xidmət edə bilər.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, professor

Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.11.