İnsani dəyərlərə hörmətsizliyin göstəricisi

 

Rusiyada baş verən hadisələr beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə ziddir

 

Yekaterinburqda baş verən hadisə milli insani dəyərlərə hörmətsizliyin bariz göstəricisidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin qanunsuz əməliyyatları nəticəsində günahsız insanlara qarşı həddən artıq güc tətbiq edilməsi, onların həyatına son qoyulması, xəsarət alması azərbaycanlıların kütləvi şəkildə hədəfə çevrilməsi müasir dövrün prinsipləri ilə heç cür uzlaşmır.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, beynəlxalq hüquq bəşəri dəyərlər milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunmasını tələb edir bu kimi hallara haqq qazandırmaq mümkün deyil.

Deputat qeyd edib ki, etnocinayətkarlıq adı altında aparılan bu əməliyyatlar açıq şəkildə etnik mənsubiyyətə görə zorakılığı ayrı-seçkiliyi əsaslandırmağa yönəlib. Hüquq-mühafizə orqanlarının fəaliyyətində yer alan bu anlayış, əslində, milli mənsubiyyətə görə təqsirli sayılma kimi təhlükəli qəbuledilməz bir yanaşmanı qanuniləşdirməyə xidmət edir. "Cinayətkar tapılmadıqda, yad olanlar hədəfə çevrilir. Təəssüf ki, Yekaterinburqda baş verənlər ayrı bir hadisə kimi qiymətləndirilə bilməz. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, Azərbaycan rəsmilərinin əsassız şəkildə deportasiyası kimi hadisələr xalqımıza onun hüquqlarına münasibətlə bağlı ciddi narahatlıq doğuran ardıcıl hadisələrdir. Xüsusilə son aylarda Rusiya dövlət mediasında Azərbaycana qarşı aparılan təxribat xarakterli təbliğat narahatlıq üçün əsas yaradır", - deyə S.Fətəliyeva bildirib.

Siyasətçi vurğulayıb ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması kimi ağır insidentlərlə bağlı indiyədək lazımi tədbirlərin görülməməsi, günahkarların cəzalandırılmaması bu hadisələrin məqsədli xarakter daşıdığına dair narahatlığı daha da gücləndirir. Bu əməllər beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə ümumbəşəri dəyərlərə tam ziddir. Rusiya Yekaterinburqda törədilmiş zorakılığa, daha doğrusu, cinayətə görə ədalətli mövqe ortaya qoymalıdır.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 3 iyul (№ 133).- S.11.