Ermənistan ideoloji parçalanma mərhələsinə qədəm qoyub

 

Kilsə-müxalifət birliyi region üçün təhlükə yaradır

 

Son günlər Ermənistanda baş verən hadisələr göstərir ki, bu ölkə ciddi siyasi-ictimai ideoloji parçalanma mərhələsinə qədəm qoyub. Bu prosesin mərkəzində dini təsisat adı altında fəaliyyət göstərən, lakin, əslində, siyasi ambisiyalarla hərəkət edən Erməni Apostol Kilsəsi dayanır. Bu kilsə ənənəvi olaraq dini qurum statusu daşısa da, həm ideoloji, həm siyasi gücə malikdir Ermənistanda hakimiyyət uğrunda mübarizədə vasitəyə çevrilib.

Milli Məclisin deputatı Pərvanə VəliyevaAzərbaycanqəzetinə açıqlamasında bildirib ki, sabiq prezidentlər Koçaryan Sarkisyan, uzun illər Ermənistanda hakimiyyəti əlində saxlamış, lakin korrupsiya öz maraqlarına xidmət etmələri səbəbilə ictimai etimadı itirmiş şəxslərdir. Bu gün onlar öz mövqelərini bərpa etmək üçün dini rıçaqlara, yəni kilsəyə arxalanmağa çalışırlar. Paşinyanı devirmək məqsədilə artıq kilsə vasitəsilə ictimai fikrə təsir etməyə cəhd göstərirlər. Bu baxımdan, bu şəxslərin, xüsusilə , birinci prezident Levon Ter-Petrosyanın yaxın zamanda Qaregin II digər kilsə liderləri ilə təmasda olması Paşinyanı ciddi şəkildə narahat edib. “Tarixi gerçəklik göstərir ki, erməni kilsəsi həmişə xarici güclərin təsirində maliyyə dəstəyində olub. Çar Rusiyası dövründən bəri regionda təxribatların legitimləşdiricisi kimi çıxış edib, Qarabağdakı digər ərazilərdə təcavüzkar siyasətin ideoloji dayağı olub. 1905-1906 1918-1920-ci illərdə müsəlman əhaliyə qarşı törədilən qətliamların arxasında da kilsənin rolu danılmazdır”, - deyə deputat əlavə edib.

Deputat qeyd edib ki, bugünkü proseslər Ermənistanın daxili siyasi çəkişməsi olmaqla yanaşı, region üçün təhlükə yaradır. Paşinyan bu hadisələridövlət çevrilişinə cəhd”, “zorakı aksiyaların təşkili hüquqi pozuntularkimi qiymətləndirərək hüquqi tədbirlər görməsi ilə izah edir. Rəsmi İrəvanın bu yanaşması texniki baxımdan hüquqi əsaslara söykənsə , cəmiyyətdə daha dərin parçalanmaya səbəb olur. Kilsənin cəmiyyətin geniş təbəqələrində hələ təsiri mövcuddur bu, gələcəkdə daha kəskin toqquşmaların əsasını qoya bilər.

P.Vəliyeva vurğulayıb ki, Paşinyan Qərb tərəfindən "demokratiya" "islahatçı lider" obrazı kimi təqdim edilsə , siyasi rəqibləri neytrallaşdırmaq üçün o, sərt qeyri-demokratik metodlara əl atır: “Maraqlıdır ki, beynəlxalq hüquq insan haqları institutlarıAvropa Şurası, ATƏT, Avropa Parlamenti digər Qərb qurumları Ermənistanda baş verən bu antidemokratik proseslərə tam susqun mövqe nümayiş etdirir. Bu isə bir daha sübut edir ki, Qərbininsan hüquqları demokratiyaşüarları yalnız seçilmiş ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ermənistan isə geosiyasi maraqlar baxımından onlarıntoxunulmaz zonasındadır”.

Deputat sonda bildirib ki, hazırkı proseslərə əsasən, Ermənistanda seçkilər yaxınlaşdıqca Paşinyanın sərt addımlarının daha da artacağını proqnozlaşdırmaq olar.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 3 iyul (¹ 133).- S.11.