Yevlax
Pilot Aqroparkı innovasiya
nümunəsidir
Azərbaycan iqtisadiyyatında
mühüm yer tutan aqrar sektorun
ərzaq təhlükəsizliyinin
təminatında və
əhalinin məşğulluğunda
rolu danılmazdır.
Elə bu qədər və bu səviyyədə də innovasiyaların və müasir texnologiyaların tətbiqi
hesabına istehsalı
və ixracı artırmağa imkan verən aqroparklar xüsusi əhəmiyyət
kəsb edir.
Aqroparkların yaradılmasını
zəruri edən əsas amil Azərbaycanın bir çox bölgələrində
kənd təsərrüfatında
hələ də ənənəvi üsulların
davam etməsi olmuşdur. Ənənəvi
üsullar isə, məlum olduğu kimi, torpaqdan və su resurslarından
səmərəli istifadəni
məhdudlaşdırır. Aqroparklar həmin problemi aradan qaldırmaq üçün
müasir suvarma, becərmə və emal texnologiyalarından istifadəni təşviq edir. Məsələn, bir neçə il əvvələ kimi suvarma üçün
istifadə olunan üsullar müasir standartlardan geri qalır, suvarma sistemləri köhnəldiyi
üçün su itkisi çox olurdu. Nəticədə su resursları tam istifadə olunmur, bəzi ərazilərdə isə
su qıtlığı
problemi yaranırdı,
xüsusən ölkənin
su ehtiyatları məhdud olan regionlarında kənd təsərrüfatının inkişafını
çətinləşdirirdi. Bundan başqa, ənənəvi üsullar
daha çox əl əməyinə əsaslandığı üçün
məhsuldarlıq aşağı
olurdu. Müasir texnologiyaların tətbiqi
isə həm məhsuldarlığı, həm
də məhsulun keyfiyyətini artırır. Və bütün bunların fonunda kənd təsərrüfatı məhsullarının
istehsalı, saxlanması
və emalı ayrı-ayrı yerlərdə
olduğu üçün
məhsul zay olur, əlavə xərc və vaxt sərf olunurdu. Aqroparklar isə bu sadalanan
problemlərin həlli
istiqamətində müasir
texnologiyalar və səmərəli idarəetmə
sistemləri tətbiq
etməklə aqrar sektorda məhsuldarlığın
artırılmasına, su
və torpaq resurslarının optimal istifadəsinə, eləcə
də istehsal və emalın kompleks
şəklində təşkilinə
şərait yaradır.
Azərbaycanda 22 rayon
üzrə 66,3 min hektar ərazidə 24 aqropark fəaliyyət göstərir. Onlardan
6-sı heyvandarlıq, bir
o qədəri meyvəçilik,
11-i əkinçilik, 1-i çeşidləmə,
qablaşdırma və
logistika üzrə ixtisaslaşıb. Aqroparkların
ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir.
İlk aqropark
2016-cı ilin sentyabrında
Xaçmazda fəaliyyətə
başlayıb.
Aqroparkın açılışında
çıxış edən Prezident İlham Əliyev "Bu, ölkə üzrə ilk aqroparkdır" sözləri
ilə Azərbaycanda aqropark modelinin tətbiqinə start verib. Dövlət başçısının
bu sözləri ilə ölkədə aqropark modelinin tətbiqində əsaslı
dönüş və
strateji prioritet müəyyən edilib.
Hazırda aqroparklar
müasir texnologiyalar,
qabaqcıl idarəetmə
üsulları və elmi nəticələr əsasında fəaliyyət
göstərirlər. Bu,
məhsuldarlığın artması və istehsalın keyfiyyətinin
yüksəlməsi ilə
müşayiət olunur.
Qeyd edək ki, aqroparkların yaradılması ölkəyə
həm yerli, həm də xarici investisiyaların cəlb olunmasına da şərait yaradır. Çünki investorlar üçün
şəffaf, vahid idarəetmə sistemi olan aqroparklar daha cəlbedicidir. Aqroparklar həm də yeni iş
yerlərinin açılması
deməkdir. Yəni bu cür təsərrüfatlar
kənd yerlərində
əhalinin məşğulluğunu
artırır, onların
şəhərə axınını
azaldır. Bu model məhsulun istehsalından başlayaraq,
onun emalı, qablaşdırılması və
bazara çıxarılmasına
qədər bütün
mərhələləri bir
sistemdə birləşdirdiyindən
məhsulların maya dəyərini ucuzlaşdırır,
ixrac potensialını
artırır.
Məhz bu prinsiplər əsasında
yaradılan Yevlax Pilot
Aqroparkı isə Azərbaycanın kənd təsərrüfatında yeni
mərhələni və
ekoloji dayanıqlılığı
təmin edən nümunəvi layihədir.
Xatırladaq ki, aqroparkın açılışı
bu günlər Prezident İlham Əliyevin iştirtakı
ilə baş tutub. Ümumi sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə,
20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark
ölkə ərazisində
kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Parkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. 21 rezident tərəfindən
həyata keçirilən
layihələr çərçivəsində
burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların ixracı
da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka
57 milyon manatadək investisiya yatırılıb,
200-ə yaxın daimi,
500-ə yaxın mövsümi
iş yeri yaradılıb.
Qeyd edək ki, "pilot aqropark" statusu aqrar sektorun inkişafına həm texnoloji, həm iqtisadi, həm də sosial cəhətdən böyük
töhfə verir. Park
bir növ yeni texnologiya və idarəetmə üsullarının tətbiq
olunduğu "sınaq
sahəsi" rolunu oynayır. Müxtəlif innovasiyalar real şəraitdə yoxlanılır,
təkmilləşdirilir və
uğurlu nəticə
əldə edilərsə,
digər regionlara yayılır. Belə aqroparkda kiçik, orta və iri
təsərrüfatlar, eləcə
də emal müəssisələri vahid
sistemdə əməkdaşlıq
edirlər ki, bu da məhsuldarlığı
və rəqabət qabiliyyətini artırır.
Şübhəsiz, bu
üstünlüklərdən tam şəkildə yararlanan Yevlax pilot aqroparkı kənd
təsərrüfatında innovasiyaların tətbiqi
və ekoloji dayanıqlılığın təmin
olunması istiqamətində
nümunəvi layihə
kimi fəaliyyət göstərəcək. Tezliklə
burada yaradılan
müasir infrastruktur, fermerlərin dəstəklənməsi
və regional əmək bazarının
inkişafı sayəsində
bölgədə sosial-iqtisadi
canlanma müşahidə
olunacaq. Və bütün bunlar onu deməyə əsas verir ki, aqroparkların kənd təsərrüfatının
modernləşdirilməsi və
dayanıqlı inkişafı
baxımından strateji
əhəmiyyəti var.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2025.-
3 iyul (№ 133).- S.13.