Belarus Respublikasının
Prezidenti Zati-aliləri
cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr
Qriqoryeviç.
Azərbaycan xalqı
adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda
bütün dost
Belarus xalqını dövlət
bayramı – Müstəqillik
Günü münasibətilə
təbrik edirəm.
Azərbaycan ilə
Belarusu ənənəvi
sıx dostluq və qarşılıqlı
dəstək əlaqələri
birləşdirir. Ölkələrimiz
arasında ildən-ilə
yeni məzmunla zənginləşən əməkdaşlığın
yüksək dinamikasını
məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası
dialoqun inkişafında,
iqtisadi-ticari əməkdaşlığın
möhkəmlənməsində və mədəni-humanitar
əlaqələrin intensivləşdirilməsində
yaxşı səviyyəyə
çatmışıq.
İnanıram ki,
Azərbaycan ilə
Belarus arasında bütün
istiqamətlər üzrə
ikitərəfli əlaqələr
və qarşılıqlı
faydalı əməkdaşlıq
birgə səylərlə
dost ölkələrimizin
və xalqlarımızın
maraqları naminə strateji tərəfdaşlıq
ruhunda bundan sonra da dinamik
şəkildə genişlənəcək
və dərinləşəcək.
Hörmətli Aleksandr
Qriqoryeviç, bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı və
xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə
uğurlar, Belarus Respublikasına
isə əmin-amanlıq
və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 iyun,
2025-ci il.
Azərbaycan.-2025.-
4 iyul (№ 134).- S.1.