İlham ƏliyevXankəndiBiznes Mərkəzinin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “XankəndiMehmanxana Kompleksinə aid olanXankəndiBiznes Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, dörd mərtəbədən ibarətXankəndiBiznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulanZefir Cafe & Terracerestoranı, həmçinin dəftərxana mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə camaşırxana xidmətləri fəaliyyət göstərəcək.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə yüksək xidmət meyarlarına cavab verəcək. “XankəndiBiznes Mərkəzi rezident şirkətlər üçün müasir rahat işgüzar mühit təklif edəcək. Müxtəlif sahibkarlıq subyektləri korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək. İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır.

Qeyd edək ki, bu cür müasir Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni yerlərinin açılması ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.

 

Azərbaycan.-2025.- 4 iyul (¹ 134).- S.2.