İlham Əliyev Xankəndi-Şuşa
kanat yolunun inşası üçün
seçilmiş əraziyə
baxıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat
yolunun inşası üçün seçilmiş
əraziyə baxıb.
Dövlətimizin başçısına
kanat yolunun texniki göstəriciləri
barədə məlumat
verildi.
Bildirildi ki, Xankəndi-Şuşa kanat
yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə
hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək.
Kanat yolunda hərəkətin müddəti
13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.
Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.
Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.3.