İlham Əliyev
Xankəndidə Türkmənistanın
Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın
Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Rəşid Meredov
Türkmən xalqının
Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədovun
və Türkmənistan
Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkmən xalqının
Milli Liderinə, Türkmənistan Prezidentinə
və qardaş türkmən xalqına çatdırmağı xahiş
etdi.
Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını
deyərək, bu bölgənin təbiətinin
gözəlliyinə valeh
olduğunu bildirdi.
Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulandı. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olundu.
Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.3.