Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri
Ağdamda Şahbulaq qalasında olublar
İyulun 3-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev, Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının
Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.
Dövlət başçıları
əvvəlcə xatirə
şəkli çəkdirdilər.
Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.
Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.6.