Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib
Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) 17-ci Zirvə görüşündə
iştirak etmək üçün iyulun 3-də
Füzuli rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevi mədəniyyət naziri
Adil Kərimli, Ağdam,
Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.-2025.- 4 iyul
(№ 134).- S.6.