Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib

 

Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm təhsil naziri Emin Əmrullayev Ağdam, Füzuli Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

 

Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.6.