Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavininin Azərbaycana səfəri başlayıb

 

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

 

Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.6.