Qırğızıstan
Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
Qırğız Respublikasının
Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) 17-ci Zirvə görüşündə
iştirak etmək üçün iyulun 3-də
Azərbaycana səfərə
gəlib.
AZƏRTAC xəbər verir ki, Füzuli
Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.7.