Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

 

Ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

 

Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.7.