Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev Bakıda Zəfər parkını
ziyarət edib
Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Bakıda Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada
ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti
parkdakı Zəfər
abidəsinin önünə
əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən
müharibəsində göstərdiyi
misilsiz qəhrəmanlığın
və qazandığı
möhtəşəm tarixi
Zəfərin yaddaşlarda
yaşadılması, şəhidlərimizin
əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış
Zəfər parkı barədə ətraflı
məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində
44 günlük Vətən
müharibəsinin rəmzi
kimi hündürlüyü
44 metr, eni 22 metr, sütunlarının
sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Azərbaycan.-2025.- 4 iyul (№ 134).- S.7.