Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nda
dəyişiklik edilməsi
haqqında
¹ 191
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına
mənsub olan bölməsində süni
torpaq sahələrinin
yaradılması haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 10 dekabr tarixli
88-VIIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 7 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 6, maddə
373 (Cild I); 2024, ¹ 2, maddə
208, ¹ 9, maddə 1090) ilə
təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması
Qaydaları”nın 4-cü hissəsinin
“a” bəndinin yeddinci
– onuncu abzasları müvafiq olaraq səkkizinci – on birinci abzaslar hesab edilsin və
həmin bəndə aşağıdakı məzmunda
yeddinci abzas əlavə edilsin:
“Xəzər dənizinin
(gölünün) Azərbaycan
Respublikasına mənsub
olan bölməsində
yaradılan süni torpaq sahələri;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 2 ” “ iyul ” 2025-ci il
Azərbaycan.-2025.-
4 iyul (¹ 134).- S.8.