“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 20 dekabr tarixli 256 nömrəli Fərmanının icrası
ilə əlaqədar
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi
barədə
¹ 192
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 20 dekabr tarixli 256 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsinin
yaxşılaşdırılması tədbirləri haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 11, maddə
719 (Cild I); 2024, ¹ 1, maddə
123, ¹ 4, maddə 479) 2-ci hissəsinin
dördüncü abzasında
“Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
ayrılmış vəsait
hesabına Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1994-cü il
17 yanvar tarixli 15 nömrəli qərarında
nəzərdə tutulmuş
normativlər üzrə
paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz
arzularına əsasən,
265 manat məbləğində
pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının
beş mislindən az olmayan miqdarda”
sözləri “ayrılmış
vəsait hesabına Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Sosial Müdafiə Fondu tərəfindən
6000 (altı min) manat məbləğində”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 379 (Cild I);
2024, ¹ 2, maddə 229, ¹ 3, maddə
320, ¹ 12 (II kitab), maddə
1431; 2025, ¹ 3, maddə 304) ilə
təsdiq edilmiş “Ünvanlı dövlət
sosial yardımın alınması üçün
müraciət edilməsi,
onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.24.3-cü yarımbəndindən
“və kompensasiyalar” və “və paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən
pul kompensasiyası” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 2 ” “ iyul ” 2025-ci il
Azərbaycan.-2025.-
4 iyul (¹ 134).- S.8.