Deputat: Azərbaycan ətraf mühitin qorunmasının
təşviqi üçün
beynəlxalq səylərdə
fəal iştirak edir
İqlim dəyişikliyi
ATƏT məkanında ən
ciddi təhlükəsizlik
təhdidlərindən birinə
çevrilib. İqlim
dəyişikliyi ilə
mübarizə regionumuzda
sülhün, sabitliyin
və davamlı inkişafın təmin olunmasından ayrı düşünülə bilməz.
Beynəlxalq təşkilatlar
iqlim dəyişikliyinə
qarşı mübarizədə
mühüm rol oynayırlar. Biz inanırıq ki, ölkələr və beynəlxalq təşkilatlar
real və təsirli iqlim həlləri üçün
birgə işləməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu
Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyulun 3-də
ATƏT Parlament Assambleyasının
illik sessiyası çərçivəsində Portuqaliyanın Porto şəhərində keçirilən
“Helsinkidən 50 il sonra ATƏT” mövzusunda ümumi müzakirədə
çıxışı zamanı
deyib.
O bildirib ki, Helsinki Yekun Aktının imzalanmasının
50 illiyini qeyd edərkən, bizi bu günə qədər istiqamətləndirən
ümumi prinsipləri
xatırlayırıq: suverenlik,
ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı,
dövlətlər arasında
əməkdaşlıq və
s. Bu prinsiplər bu gün də
əsas olaraq qalır, çünki biz təkcə ənənəvi təhlükələrlə
deyil, eyni zamanda, iqlim dəyişikliyi və ətraf mühitin pisləşməsi kimi sərhədləri aşan
mürəkkəb çağırışlarla
üz-üzəyik.
Deputat qeyd edib ki, Azərbaycan
qlobal iqlim dəyişikliyinə qarşı
mübarizəyə güclü
sadiqliyini bir daha təsdiq edir, davamlı inkişafın və ətraf mühitin qorunmasının təşviqi
üçün beynəlxalq
səylərdə fəal
iştirak edir: “Biz bərpaolunan enerji mənbələrinə
keçid edir, karbon çirkliliyini azaldır və yaşıl iqtisadiyyatı
inkişaf strategiyamızın
əsas elementi kimi görürük. Bu öhdəlik xüsusilə azad olunmuş ərazilərimizdə
aydın görünür:
biz bu torpaqlarda
davamlı bərpa modelini yaradırıq. Bir vaxtlar münaqişədən
və ekoloji dağıntılardan zərər
çəkmiş bu ərazilər ağıllı
texnologiyalar, təmiz enerji və müasir infrastruktur əsasında yaşıl
enerji zonasına çevrilir”.
“Bizim bu işə sədaqətimiz
2024-cü ilin noyabrında
Bakıda uğurla keçirilmiş COP29 konfransında
öz əksini tapdı. Bu konfrans təkcə ölkəmiz üçün
deyil, regionumuz və qlobal iqlim diplomatiyası üçün də mühüm mərhələ
oldu. COP29 çərçivəsində
iqlim maliyyəsinin artırılması, şəffaflığın
yaxşılaşdırılması və hökumətlər,
özəl sektor və vətəndaş cəmiyyəti arasında
əməkdaşlığın təşviqi sahəsində
əhəmiyyətli nəticələr
əldə olundu. COP29-a ev
sahibliyi etmiş Bakı COP30-a aparan yolda mühüm mərhələ oldu. Məhz Bakıda insan hüquqlarını və inkişaf etməkdə olan ölkələrin tələbatını
nəzərə alan ədalətli iqlim maliyyəsini təmin etməyə yönəlmiş
“Bakıdan Beləmə”
yol xəritəsinin təməli qoyuldu”, - deyə S.Fətəliyeva
vurğulayıb.
Azərbaycan.-2025.- 4 iyul
(¹ 134).- S.9.