Londonda
Trans-Xəzər konnektivliyi
üzrə strateji əməkdaşlıq müzakirə
olunub
Londonda Xəzər
Siyasət Mərkəzinin
Trans-Xəzər bağlantısına
dair üçüncü
London konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “İrəliləyişi gücləndirmək,
sinerjini inkişaf etdirmək” adlı tədbirdə Mərkəzi
Asiya, Cənubi Qafqaz və Türkiyənin artan
regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub.
Böyük Britaniyanın
Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü
lord Con Alderdays Birləşmiş
Krallığın regionla
əməkdaşlığa artan diqqətindən və bu regiona
vahid prizmadan yanaşmağın əhəmiyyətindən
danışıb. O, regionla
əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, uzunmüddətli tərəfdaşlığa
əsaslandığını bildirib. Lord Con Alderdays vurğulayıb ki, Britaniya
şirkətləri Azərbaycanda
mühüm infrastruktur
layihələrində iştirak
edir, o cümlədən
Böyük Britaniyanın
ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya
sahəsində ilk maliyyə
əməliyyatını Azərbaycanın
“Silk Way” şirkəti ilə
həyata keçirib.
Həmçinin Böyük
Britaniya şirkətləri
Azərbaycanda təmiz
enerji dəhlizlərinin
inkişafı üzərində
çalışırlar. Təhsil
sahəsinə də toxunan lord Alderdays Britaniya universitetlərinin
Azərbaycanda və regionda ikili diplom proqramları və mütəxəssis
hazırlığı istiqamətində
uğurlu əməkdaşlıq
həyata keçirdiyini
qeyd edib. Onun sözlərinə görə, Böyük Britaniya bu sahədə
yalnız maliyyə deyil, həm də texniki və institusional dəstək göstərməyə
hazırdır, bu əməkdaşlıq həm
infrastrukturun, həm də insan kapitalının
inkişafına yönəlib.
Azərbaycanın Böyük
Britaniyadakı səfiri
Elin Süleymanov çıxışında
Azərbaycanın regional bağlantı
imkanlarının və
bu istiqamətdə atdığı addımların
bölgənin gələcək
inkişaf istiqamətlərinə
dair daha yetkin baxış formalaşdırdığını bildirib. Diplomat qeyd edib ki, regionda, dünyada baş verən son böhranlar və müharibələr
Orta Dəhlizin, xüsusən də Azərbaycanın regional bağlantıda
rolunu bir daha ortaya qoydu.
“Təkcə
İsrail və
İran arasında yaranmış
son qarşıdurmada bəzi
dövlətlərin hava
məkanını bağlaması
nəticəsində Azərbaycanın
hava məkanının
mülki təyyarələr
üçün əsas
alternativ təşkil
etməsi bunun ən bariz nümunələrindəndir.
2001-ci ildə NATO da
Əfqanıstandakı koalisiya
qüvvələrinə təchizat
şəbəkəsi ilə
bağlı yaranmış
böhran zamanı əsas tranzit ölkə kimi məhz Azərbaycanı seçmişdi. Bütün
bunlar bir daha göstərir ki, regional inteqrasiyanı
Azərbaycansız təsəvvür
etmək qeyri-mümkündür.
Böyük Britaniyanın
lord Alderdaysı məhz Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin etməsi də bu baxışın
təzahürüdür”, - deyə səfir bildirib.
Bu əməkdaşlığın
təkcə böhran
zamanlarında deyil, hər zaman prioritetləşdirilməli və
inkişaf etdirilməli
olduğunu vurğulayan
Elin Süleymanov bölgədə inteqrasiya
layihələrinin regionun
özündən qaynaqlanmasının
əhəmiyyətinə də
toxunaraq bu mənada ötən il ölkəmizdə keçirilən COP29 zamanı
Azərbaycan, Qazaxıstan
və Özbəkistan
arasında “Xəzər
Yaşıl Enerji Dəhlizi” layihəsinin yaradılması üzrə
saziş imzalanmasını
bu xüsusda vacib nümunə adlandırıb. Səfir,
həmçinin Özbəkistan
Prezidentinin Azərbaycanda
səfərdə olduğunu
və səfər çərçivəsində Xankəndiyə də gedəcəyini nəzərə
çatdıraraq bu məqamları regional inteqrasiya və türkdilli dövlətlərin
əməkdaşlığının daha bir göstəricisi
kimi qeyd edib. O, Böyük Britaniyanın regionda artan rolunu, xüsusilə
yaşıl keçid,
enerji və maliyyə sahələrində
həyata keçirilən
layihələrə verdiyi
dəstəyi yüksək
qiymətləndirib, COP29-da ən yüksək səviyyədə iştiraka
və prosesə dəstəyinə görə
Böyük Britaniya tərəfinə təşəkkür
edib. Səfir Britaniya şirkətlərinin
azad edilmiş regionların bərpasında
iştirak etdiyini əlavə edib. İqlim dəyişikliyinin
hələ də qlobal siyasi gündəmdə
qalmağa davam etdiyini diqqətə çatdıran səfir Xəzər dənizinin səviyyəsinin azalmasının
region üçün
ciddi narahatlıq doğurduğunu qeyd edib, bu problemin
yalnız genişmiqyaslı
regional əməkdaşlıqla
həll edilə biləcəyini vurğulayıb.
Tədbirdə çıxış
edən Xəzər Siyasət Mərkəzinin
direktoru Əfqan Nifti qeyd edib
ki, Trans-Xəzər regionunda ticarət, tranzit, enerji və insan bağlantıları
sürətlə inkişaf
edir. O bildirib ki, son aylarda
Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Çin və Hindistan kimi ölkələrin regiona artan səfərləri
bu marağın göstəricisidir. Ə.Nifti
ötən il Trans-Xəzər yükdaşımalarının
62 faiz artdığını
vurğulayıb və
regiondaxili əməkdaşlığın
da getdikcə gücləndiyini qeyd edib. Əfqan Nifti, həmçinin
Trans-Xəzər rəqəmsal
kabel layihəsinin 25 faizinin artıq tamamlandığını və
bu layihənin Mərkəzi Asiyanın müstəqil rəqəmsal
bağlantı imkanlarını
gücləndirəcəyini bildirib. O, rəqəmsal bağlantının da artıq Trans-Xəzər əməkdaşlığın ayrılmaz hissəsinə
çevrildiyini vurğulayıb.
Qazaxıstanın Böyük
Britaniyadakı səfiri
Maqzan İlyasov isə çıxışında
Trans-Xəzər marşrutunun
yalnız ticarət yolu deyil, həm
də regional rifah üçün strateji bir körpü
rolunu oynaya biləcəyini bildirib. Türkiyənin Londondakı
səfiri Osman Koray Ertaş çıxışında vurğulayıb
ki, İpək Yolunun mirasını daşıyan Orta Dəhliz artıq alternativ deyil, qlobal tədarük zəncirlərində sabitlik
və dayanıqlılıq
üçün strateji
zərurətə çevrilib.
Tədbirin ekspert panellərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), “Paşa Holdinq”, PRISM, “Tethys” kimi təşkilat, şirkət və araşdırma mərkəzlərinin mütəxəssisləri təqdimat edib.
Azərbaycan.-2025.- 4 iyul (¹ 134).- S.9.