Rusiyada milli etnik
azlıqlara qarşı
təqiblər sistematik
hal alır
"Rusiya güc qüvvələrinin ölkə
ərazisində yaşayan
milli etnik azlıqlara qarşı sıx təqibləri sistematik hal alıb. Bir müddət öncə Qırğızıstan və
Özbəkistan vətəndaşlarına,
indi isə Azərbaycan diasporunun nümayəndələrinə qarşı şiddət göstərilməsi bunu təsdiqləyir".
Bu fikirləri qəzetimizə
açıqlamasında Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzinin məsləhətçisi
Nurad Məmmədov deyib. O bildirib ki, bir müddət sonra bu təqiblər
legitim xarakter ala bilər.
Ekspert bunu Rusiya Millətlərlə
İş üzrə
Federal Agentliyinin portalında
dərc edilmiş layihəyə görə
əsaslandırıb. O vurğulayıb
ki, "Rusiya Federasiyasının
2036-cı ilə qədər
olan dövr üçün Dövlət
Milli Siyasəti Strategiyası
haqqında" layihənin
yaxın gələcəkdə
Rusiya Prezidenti tərəfindən təsdiqlənməsi
gözlənilir. "Bu sənəd
miqrantlar üzərində
gücləndirilmiş nəzarəti
özündə əks
etdirir. Əgər
2012-2018-ci illərdəki strategiyalarda
milliyətindən, etnik
mənsubiyyətindən və
dinindən asılı
olmayaraq, hər kəsə bərabərhüquqlu
münasibət əsas
götürülürdüsə, yeni strategiyada mənəvi dəyərlər və tarixi irs də
bura əlavə edilir. Bu isə o deməkdir ki, artıq Rusiya vətəndaşı
olmaq yalnız pasportun olması deyil, həm də dövlət ideologiyasını qəbul
etməkdir. Bu strategiyanın
əsas məqsədi
daxili və xarici təhlükələrin
qarşısını almaqdır.
Layihə təkcə
vətəndaşlığı olan qeyri-rus millətlərinə deyil,
həm də əvvəllər miqrasiya
etmiş Rusiya vətəndaşlarına da şamil
olunacaq. Bu, digər millətlərdən olan Rusiya vətəndaşlarına
qarşı inamsızlığı
və şübhəni
artıracaq", - deyə
N.Məmmədov qeyd edib.
Siyasi təhlilçi
vurğulayıb ki, bu
sənəd gələcəkdə
dövlət səviyyəsində
bu sahədə daha ciddi addımların
atılacağını deməyə
əsas verir. Yəni qeyri-rus və miqrant keçmişi olanlara qarşı siyasət qanuniləşəcək. Ekspert
deyib ki, bu strategiyada aqressiv məqamlar da yer alıb. Belə ki, etnik azlıqların çox olduğu bölgələr Rusiya dövləti üçün
potensial təhlükənin
yüksək olduğu
ərazilər hesab ediləcək. "Bu iqtisadi
böhran sosial qeyri-stabilliklə birləşəndə
aqressiyanın artmasına,
etnik diskriminasiyaya gətirib çıxaracaq".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
4 iyul (№ 134).- S.13.