Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə
İran Prezidenti Məsud
Pezeşkianın görüşü
olub
İyulun 4-də Xankəndidə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə İran İslam
Respublikasının Prezidenti
Məsud Pezeşkianın
görüşü olub.
Dövlət başçıları
söhbət zamanı
Azərbaycanla İranın
dost, qonşu, qardaş ölkələr
olduqlarını vurğulayaraq,
ölkələrimiz arasında
mədəni, etiqad, ənənələr, etnik
baxımdan qohumluq və qardaşlıq əlaqələrinin mövcudluğunu
qeyd etdilər.
Dövlətimizin başçısı
dəvəti qəbul
edib İqtisadi Əməkdaşlıq Təşkilatının
17-ci Zirvə görüşündə
iştirakına görə
İran İslam Respublikasının
Prezidenti Məsud Pezeşkiana təşəkkürünü
bildirdi, onun bu səfərinin və keçirilən görüşün Azərbaycan-İran
ikitərəfli əlaqələrinin,
həmçinin İqtisadi
Əməkdaşlıq Təşkilatı
çərçivəsində əməkdaşlıq məsələlərinin
müzakirəsi baxımından
əhəmiyyətli olduğunu
dedi.
Məsud Pezeşkianın
bu ilin aprelində
ölkəmizə rəsmi
səfərinin ikitərəfli
əlaqələrimizdə yeni səhifə açdığını vurğulayan
Prezident İlham Əliyev həmin səfər zamanı müzakirə olunan mövzuların həyata keçirilməsi üçün
hökumətlərarası komissiyanın rəhbərləri
və aidiyyəti dövlət qurumları tərəfindən ardıcıl
surətdə işlərin
aparıldığını qeyd etdi.
Dövlətimizin başçısı
İsraillə İran arasında
qarşıdurmanın baş
verməsindən dərhal
sonra İrana qarşı olan bu hərəkətlərin
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyi tərəfindən
qınanıldığını bildirdi. Prezident İlham Əliyev bu qarşıdurmada İranın rəsmi və mülki şəxslərinin həlak
olması ilə əlaqədar bir daha Azərbaycan tərəfinin İran xalqına
başsağlığını çatdırdı, Azərbaycan
dövlətinin və
xalqının İran dövləti
və xalqı ilə həmrəyliyini, dəstəyini ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın
həmişə haqq-ədalətin
tərəfdarı olduğunu
vurğuladı. Prezident
İlham Əliyev qeyd etdi ki,
müsəlman ölkələri,
o cümlədən qonşu
dövlətlər ilə
əlaqələrin inkişaf
etdirilməsi Azərbaycanın
xarici siyasətində
prioritet istiqamətlərdən
biridir.
İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə
görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil
edilməsini və gələn il İslam Əməkdaşlıq
Təşkilatının Zirvə
görüşünün ölkəmizdə keçiriləcəyini
vurğulayan dövlətimizin
başçısı bütün
bunları İslam dünyası tərəfindən
ölkəmizə olan
etimadın və hörmətin növbəti
nümunəsi kimi qiymətləndirdi.
İran İslam Respublikasının
Prezidenti də İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə
görüşünün yüksək səviyyədə
təşkilinə görə
təbriklərini çatdırdı.
Azərbaycana rəsmi
səfərini və keçirilmiş görüşləri
məmnunluqla xatırlayan
Məsud Pezeşkian səfərin nəticəsi
olaraq Azərbaycan-İran
əlaqələrində yeni
səhifənin açıldığını
vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını,
Ağbənd-Kəlalə avtomobil
yolu körpüsünün
tikintisi istiqamətində
işlərin aparılmasını
qeyd etdi və digər sahələrdə əməkdaşlıq
məsələlərinə toxundu.
İran Prezidenti İsraillə
baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi
dəstəyə və
həmrəyliyə görə
minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.6.