UNESCAP-ın
icraçı katibi Azərbaycanın 2026-cı ildə
komissiyanın 82-ci sessiyasına
ev sahibliyi təşəbbüsünə görə minnətdarlığını
bildirib
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində
keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının
17-ci Zirvə görüşü
çərçivəsində BMT-nin Baş katibinin
müavini və Asiya və Sakit
okean üzrə İqtisadi və Sosial Komissiyasının
(UNESCAP) icraçı katibi
Armida Salsiah Aliscahbana ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycanla
UNESCAP arasında əməkdaşlığın
mövcud vəziyyəti
və inkişaf perspektivləri müzakirə
edilib.
UNESCAP-ın icraçı
katibi Zirvə görüşünə dəvətə
və ölkəmizin
2026-cı ildə UNESCAP-ın
82-ci sessiyasına ev sahibliyi təşəbbüsünə
görə minnətdarlığını
bildirib.
Görüş zamanı
Azərbaycanın regionda
və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, ölkəmizin
BMT-nin missiyasına verdiyi töhfələr,
o cümlədən 2023-cü ildə Təşkilatın
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları
üçün Xüsusi
Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə
Zirvə toplantısına,
2024-cü ildə isə
BMT-nin İqlim Dəyişikliyi Konfransı
– COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
Tərəflər arasında
iqlim dəyişikliyi
və yaşıl enerji, nəqliyyat dəhlizləri, texnologiyalar
və rəqəmsallaşma
kimi sahələrdə
birgə layihələrin
həyata keçirilməsi
imkanları nəzərdən
keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.9.