Azərbaycan
ilə BƏƏ arasında
ikitərəfli və
regional məsələlər
barədə fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində
keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının
17-ci Zirvə görüşü
çərçivəsində Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə
müavini Lana Zaki Anvar Zaki
Nusseibeh ilə görüşüb.
Bu barədə
AZƏRTAC-a Xarici İşlər
Nazirliyindən məlumat
verilib.
Görüş zamanı
dövlət başçıları
arasında sıx dostluq və qardaşlıq münasibətlərinin
əlaqələrimizin inkişafı
üçün möhkəm
təməl yaratdığı
bildirilib, strateji tərəfdaşlığımızın daha da inkişafında
iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr
mexanizminin rolundan bəhs olunub.
İqtisadi, ticarət,
investisiyalar, energetika və humanitar sahələrdə əməkdaşlıq,
habelə İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı
və BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi beynəlxalq təşkilat
və platformalar çərçivəsində qarşılıqlı faydalı
fəaliyyətlərdən məmnunluq ifadə olunub.
Alternativ enerji sahəsindəki uğurlu
müştərək layihələrdən
bəhs olunub və bu sahədə
əldə edilən nəticələr yüksək
qiymətləndirilib.
Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdə aparılan
bərpa-yenidənqurma işləri,
keçmiş məcburi
köçkünlərin yurdlarına
qayıdışı və
bu proseslərə ciddi təhdid törədən mina təhlükəsi barədə
ətraflı məlumat
verib.
BƏƏ-nin Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
humanitar mina təmizləmə və bərpa işlərində
göstərdiyi dəstək
yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.9.