Azərbaycan ilə Pakistan arasında ikitərəfli
və çoxtərəfli
əməkdaşlığın genişləndirilməsi imkanları
müzakirə olunub
Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq
Təşkilatının Xankəndi
şəhərində keçirilən
17-ci Zirvə görüşü
çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Bu barədə
AZƏRTAC-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan-Pakistan strateji
tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın
genişləndirilməsi imkanları
müzakirə olunub.
Son dövrlərdə
ali və yüksəksəviyyəli qarşılıqlı
səfərlərin dinamikasının,
siyasi dialoqumuzun intensivliyinin ikitərəfli
münasibətlərimizin mahiyyətcə
yeni mərhələyə
keçməsində və
daha da zənginləşdirilməsində
əhəmiyyətli rol
oynadığı diqqətə
çatdırılıb.
Görüş zamanı
iqtisadi əlaqələrin,
ticarət, investisiya, enerji təhlükəsizliyi,
nəqliyyat və digər perspektivli sahələrdə əməkdaşlığın
dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Regional inkişaf, çağırışlar
və fürsətlər
barədə fikir mübadiləsi aparılıb,
ikitərəfli formatda
olduğu kimi, regional məsələlərdə
də Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi
bildirilib, dövlətlərimizin
və xalqlarımızın
mənafeyi naminə qarşılıqlı faydalı
əməkdaşlığın davam etdiriləcəyinə
əminlik ifadə olunub.
Nazirlər arasında
Pakistanın Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasında
iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə
də geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.
Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.9.