Usta sənətinə hörmətlə yanaşarsa, özünü ucaldar, peşəsini

 

Hər sənətin öz peşəkarı, bilicisi olur. Hərdən sənətin seçilməsində, sevilməsində təsadüflər   rol oynayır. Buna təəccüblənməyə dəyməz, çünki bəzən zərurətin təsadüfdən yaranması da olur. Görmüşük ki, hansısa sənətə təsadüfən gələn bir insan dünyanı heyrətə salan möcüzələr yaradır.

Bəzən söz-söhbətlər dolaşır ki, inkişaf edən elm, texnika yavaş-yavaş el sənətini sıxışdırıb aradan çıxarır. Amma görünən odur ki, texnologiya qədər inkişaf etsə , hələ cəmiyyətdə, həyatda el sənətinə ehtiyac duyulur yəqin, həmişə duyulacaq. Sevindirici haldır ki, keçmişdə olduğu kimi, bu gün el sənətinə böyük sevgi ilə yanaşanlar onu yaşadanlar var. Bu sahəyə maraq, həvəs heç vaxt bitib-tükənmir. Ustalar üçün qədər çətin ağır olsa da, el sənətinin ağırlıqlarını çiyinlərində daşıya-daşıya yaşadırlar.

 

Peşəkarlıq həmişə öz sözünü deyir

 

Belə ustalardan biri uzun illərdir dəmirçi işləyən İlham İsmayılovdur. Yolun kənarında yerləşən emalatxanasına daxil olanda onu başında gördük. Usta yenicə qəbul etdiyi sifarişi yerinə yetirmək üçün əlindəki dəmir lövhəni xüsusi alətlərlə əyib istədiyi formaya salırdı. Bir anlıq dayanıb İlhamın əllərinə, gördüyü işə baxdıq. Usta çevik hərəkətlərlə dəmir lövhəni dəzgahın "dişləri" arasında sıxaraq alətlərin köməyi ilə onu  kəsib sağa-sola əyə-əyə gözünü üstündən çəkmədən işini diqqətlə görürdü. Hiss olunurdu ki, əlindəki sifarişi tez düzəltməyə çalışır. qədər cəld işləsə , ehtiyatı əldən vermirdi. Elə ilk baxışdan gördük ki, dəmirçilik elə asan bir sənət deyil. Kiçik bir səhv, yanlış bir hərəkət barmağın kəsilməsi, əlin zədələnməsi ilə nəticələnə bilər. Amma peşəkarlıq, bacarıq həmişə öz sözünü deyir. Ustanın barmaqları saatın əqrəbləri kimi dəqiq işləyir. İşlərini səhvə yol vermədən, məqamında, anında görür.

Ustanın emalatxanasına göz yetirdik. Divardan asılmış müxtəlif forma ölçülərdə olan borular İlhamın sənətkarlığından, bacarığından xəbər verirdi. Usta bütün işlərini qarşısındakı geniş masanın üstündə görür. Masanın üstünə müxtəlif kiçik bir az böyük ölçülü dəzgahlar quraşdırılıb. Bir neçə dəmirkəsən qayçı masanın bir tərəfində səliqə ilə düzülüb. Biz emalatxanada müşahidə apararkən İlham başladığı işi yekunlaşdırdı. Bayaqkı nazik dəmir lövhə gözlərimiz qarşısında ustanın əlində boruları bir-birinə birləşdirəcək əydiyə çevrildi. Artıq sifariş hazır idi, müştəri gəlib onu götürə bilərdi.

Sifarişi yerinə yetirəndən, bir az nəfəsini dərəndən sonra usta ilə söhbət edə-edə yaşanmış, arxada qalmış ömür yolları ilə yaxından tanış olduq. Onun bu çətin el sənətinə gəlişindən, sevgisindən danışdıq. Öyrəndik ki, İlham İsmayılov 1968-ci ildə Laçın rayonunun Şam kənd sovetliyində dünyaya göz açıb. 23 yaşına qədər  gözəl bir diyarda yaşayıb. 1992-ci ilin mayında erməni qəsbkarlarının hücumları nəticəsində doğma ocaqlarından didərgin düşüblər.

 

Dəmirçilik sənətinin sirlərini sevgi ilə öyrənib

 

İ.İsmayılov həmin dəhşətli günlərdən söz açdı:  

- Getsin o günlər bir gəlməsin. 1988-ci ilin qışından başlayaraq, ermənilər Laçın rayonunun sərhəd kəndlərinə hücum etməyə başladılar. Hər gün atəş səsləri eşidilirdi. Əvvəlki illərdəki rahatlığımız, firavanlığımız pozulmuşdu. Atəş səsləri getdikcə daha yaxından eşidilirdi. Təəssüflər olsun ki, 1992-ci il may ayının ortalarında erməni hücumları nəticəsində doğma ocaqlarımızdan didərgin düşdük. Ata-baba yurdumuz, doğma ocaqlarımız düşmən əlinə keçdi. Həmin vaxtdan məcburi köçkünlük həyatının ağrı-acılarla dolu günlərini yaşamağa başladıq. Böyük çətinliklərlə üzləşə-üzləşə Bakı şəhərinə gəlib çıxdıq, burada məskunlaşdıq. Həmin günlər tapmaq çox çətin idi. Yaxın qohumlarımdan biri olan Əvəz uzun illər idi ki, dəmirçi işləyirdi. Xeyli təcrübəsi var idi, bu sənətin bütün sirlərini  xırdalıqlarına qədər bilirdi. İşsiz qaldığım günlərin birində o dedi ki, belə çətin vaxtda  evdə bekar oturmaq olmaz. İndi dolanışıq çətindir, ailəyə, evə kömək etmək lazımdır. Gəl, gedək emalatxanama, həm mənə kömək edərsən, həm yavaş-yavaş dəmirçilik sənətinin sirlərini öyrənərsən. Əgər həvəsin, marağın olsa, bu peşəni tez bir zamanda mənimsəyəcəksən. Vallah, dünyanın harasında olsan belə, sənət ustaya həm hörmət, həm pul qazandıracaq.

Çətin zamanlar idi, fikirləşməyə, seçim etməyə vaxt yox idi. Ona görə Əvəzin təklifi ilə razılaşdım, ertəsi gün onun emalatxanasına getdim. Elə ilk dəqiqələrdən dəmirçilik peşəsi məni özünə cəlb etdi. Ustanın əllərinə baxır, barmaq hərəkətlərinə diqqət yetirirdim. Baxdıqca yavaş-yavaş bu sənətə qarşı ürəyimdə sevgi həvəs oyanırdı. Günlər, həftələr ötüb arxada qaldıqca, bu peşənin sirlərini öyrənirdim.

İlham İsmayılov dedi ki, əvvəlki günlər mənə çətin görünən işlər tədricən gözümdə asanlaşdı. Ustam da yavaş-yavaş bəzi xırda asan hesab etdiyi işləri mənə tapşırırdı. Öyrənməyin yolu həmişə belə olub. Dəmirçilik peşəsinin sirlərinə yiyələnərkən bir şeyi özüm üçün dəqiqləşdirdim ki, istənilən bir sənəti öyrənərkən başlıca amil gözün işdən qorxmamasıdır. Bundan sonra işlər öz axarı ilə gedir. Amma göz işdən qorxanda, onu öyrənmək bir az çətin olur, vaxt aparır. Düşünürəm ki, insanın ağlı, zəkası, düşüncəsi, fiziki gücü, bacarığı bütün çətin işlərin öhdəsindən gəlməyə qadirdir.

 

Peşəni yaxşı öyrənməyin özü sənətə hörmət ehtiramdır

 

Söhbətimiz zamanı usta dedi ki, dəmirçilik gözəl sənət olmaqla yanaşı, həm böyük səbir hövsələ tələb edən sahədir: "Çünki yeni tikilmiş evlərə yaraşığı dəmirçilər verirlər. Bunun üçün hər şeydən əvvəl sənətkara səbir lazımdır. Bir anlıq göz önünə gətirin, əgər ev tikilib qurtarandan sonra ona dam örtüyü vurulmayınca, ətrafı düzəldilməyincə yaraşıqsız görünər. Deməli, evin gözəl görünməsi, zövqləri oxşaması dəmirçi əməyindən, dəmirçi işindən çox asılıdır. Yeni tikilən evə mütləq dəmirçi əli dəyməlidir. Ona görə hamı yaxşı usta axtarır. Yaxşı usta olmalısan ki, səni axtarsınlar, səni soraqlasınlar. Düşünürəm ki, peşəni yaxşı öyrənməyin özü sənətə hörmət ehtiram göstərmək deməkdir. Usta sənətini yüksək tutduqca özünü ucaldır, peşəsinə hörmət qazandırır".

Elm, texnika inkişaf etdikcə başqa sənətlərlə yanaşı, dəmirçilik peşəsinə ehtiyac azalır. Əgər belə demək mümkünsə, müasir texnologiyanın inkişafı dəmirçilik sənətini sıxışdırıb aradan çıxarmağa çalışır. Buna münasibətini bildirən usta dedi ki, doğrudan da, elmi-texniki tərəqqi insanların əl işlərinə olan ehtiyacını azaldır. Həmçinin dəmirçilik sənətinə : "Amma elm, texnika qədər inkişaf etsə , el sənətini tamamilə sıxışdırıb aradan çıxara bilməz. Həyatımızın hər anında el sənətinə ehtiyac yaranır. Çünki bunun özünəməxsus gözəllikləri var. Elə götürək dəmirçilik sənətini. Texnologiya qədər inkişaf edib müasirləşsə bu peşəyə insanların ehtiyacı həmişə olacaq. Elə müxtəlif fiqurlar, elə müxtəlif ölçülər var ki, onu yalnız yalnız usta əlləri düzəldə bilər. Bu işləri müasir texnologiya, əgər belə demək mümkünsə, bacarmır. Ona görə deyə bilərəm ki, qədər həyat varsa, bütün sənətlərə, peşələrə ehtiyac duyulacaq".

 

Doğma ocaqlar öz sakinlərini sevinclə qoynuna aldı

 

Söhbətimiz zamanı dediklərindən hiss etdim ki, İlham İsmayılovun  həyatında kədərli günlərlə yanaşı, əlamətdar, yaddaqalan anlar da çox olub. Onun üçün ən sevinc fərəh dolu gün qoynunda dünyaya göz açdığı Laçın rayonunun, doğma yurdları Şam kəndinin erməni işğalçılarından azad olunması olub.  İlham həmin günləri xatırladıqca gözlərindən sevinc süzülür. Elə bu sevinc hissləri ilə danışan usta deyir ki, insan üçün ən əziz, ən doğma yer qoynunda dünyaya göz açdığı torpaqdır, el-obadır: "Bir gün, bir an olsun belə, hər qarışında izim qaldığı evimizi, həyətimizi unutmadım. Şükürlər olsun ki, 2020-ci ilin payızında yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında uzun illər işğalda qalmış digər bölgələrimiz kimi, Laçın rayonunu da erməni qəsbindən azad etdi. Bu şad xəbəri eşidəndə gözlərimdən sevinc yaşları axdı. Artıq işğala son qoyulmuşdu. İllərdən bəri torpaq həsrəti ilə yaşayan məcburi köçkünlər üçün bundan böyük sevinc ola bilərdimi? Təbiidir ki, yox! 

Yurdumuz erməni işğalından azad olunandan bir müddət sonra doğma ocaqlarımıza getdik. Kəndimizə yaxınlaşdıqca ürəyimizdəki fərəh aşıb-daşırdı. Sanki gördüklərimiz reallıq deyil, xəyal, əlçatmaz zirvə idi. Şanlı Azərbaycan Ordusunun qəhrəman zabit əsgərləri cəsarət hünərləri ilə xəyallarımızı reallığa çevirdilər. Uzun yoldan sonra doğma Şam kəndinə gəlib çatdıq. Aman Allah, erməni qəsbkarları kənd-kəsəyi günə qoymuşdular. Uçurulmamış, dağıdılmamış bir ev, bir tikili qalmamışdı. Gözlərim ağlasa da, doğma ocaqlarımıza döndüyümə görə ürəyim sevinir, qəlbim fərəhlənirdi. Kəndimizin hər daşı, hər ağacı bizə ötənləri, keçənləri xatırladırdı. Həyətimizdəki daşın üstündə oturub ötənləri, keçənləri yada saldım. Xatırlanası o qədər hadisələr, əhvalatlar var idi ki! Doğma yurduma dəmirçi kimi qayıdacam, sənətimlə məşğul olacam. Ürəkdən sevdiyim bu peşəni ata-baba yurdunda da davam etdirəcəyəm. Çalışacam ki, bu sənəti gənclərə öyrədim. Qoy insanlarla bərabər sənət əbədi olaraq yaşasın.

Danışığından hiss olunurdu ki, İlham ustalara xas olan hallı-qılıqlı adamdır. Ona görə az vaxt ərzində müştərilərlə münasibət qurmağı, dil tapmağı bacarır, qapısını döyüb, sifariş vermək üçün gələnlərlə mehriban danışır. İşinə, bacarığına da ki, söz ola bilməz. Buna görə müştərilər sifarişlərini verəndə , alanda da onun emalatxanasından razılıqla, gülərüzlə çıxırlar. Təki elə həmişə insanların üzlərini, gözlərini gülərüz görək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2025.- 5 iyul (№ 135).- S.15.