Venesuela Bolivar Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolas Maduro Morosa
Hörmətli cənab
Prezident,
Venesuela Bolivar Respublikasının
milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Venesuela dostluq münasibətləri xoş
ənənələrə əsaslanır. Əminəm
ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi,
müxtəlif sahələrdə
qarşılıqlı faydalı
əməkdaşlığımızın
böyük potensialının
reallaşdırılması istiqamətində birgə
səylərimizi bundan
sonra da uğurla davam etdirəcəyik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar,
dost Venesuela xalqına
daim əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 iyul 2025-ci il
Azərbaycan.-2025.- 6 iyul
(№ 136).- S.1.