UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya Sakit okean ölkələri üzrə İqtisadi Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbananın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə əmək əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar, sosial müdafiə tədbirlərinin gücləndirilməsi vətəndaş rifahının təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, gələn il ölkəmizin ev sahibliyi edəcəyi UNESCAP-ın 82-ci sessiyasının regional qlobal dialoqun gücləndirilməsi, sosial inklüzivliyin təşviqi yaşlı əhalinin hüquqlarının müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.

A.S.Alişahbana Azərbaycanda sosial iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirdiyini, bu istiqamətdə ölkəmizlə UNESCAP arasında davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.2.