Ersin Tatar: Şimali Kiprə xüsusi diqqətinə görə İlham Əliyevə minnətdaram

 

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Şimali Kiprə göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

AZƏRTAC xəbər verir ki, Şimali Kiprin lideri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.

O deyib: “Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”.

Onun sözlərinə görə, ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü dünya ictimaiyyətində ŞKTC ilə bağlı məlumatlılığı artırıb. “ECO çərçivəsində münasibətlər tarixində ilk dəfə olaraq biz belə yüksək səviyyədə təmsil olunduq, özümüzü böyük bir ailənin bir parçası kimi hiss etdik. Zirvə görüşünün keçirildiyi zalda digər dövlətlərin bayraqları ilə yanaşı ŞKTC bayrağının da asılması Lefkoşanın dialoq tərəfdaşı kimi tanınmasından xəbər verir", - deyə siyasətçi qeyd edib.

ŞKTC B naziri Ünal Üstel sosial şəbəkələrdə müvafiq paylaşım edərək Azərbaycan Türkiyəyə minnətdarlığını bildirib.

 

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.6.