Məhəmməd
Şahbaz Şərif:
“Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları strateji sahələrdə
inkişaf etdirmək barədə razılığa
gəldik”
Mən əziz
qardaşım Prezident
İlham Əliyevin sədrliyi ilə İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) mötəbər toplantısında
iştirak etmək üçün nümayəndə
heyətimlə birlikdə
burada idim. Biz bu gün
iki üzv ölkə arasında qardaşlıq bağlarını
daha da inkişaf
etdirmək, ticarəti,
sərmayələri, mədəniyyəti,
təhsili, səhiyyəni
və su ehtiyatlarını təşviq
etmək barədə
razılığa gəldik.
AZƏRTAC xəbər verir ki, bu
sözləri jurnalistlərə
açıqlamasında Pakistanın
Baş naziri Məhəmməd Şahbaz
Şərif söyləyib.
Baş nazir bildirib: “Prezident İlham Əliyevlə görüş çox məhsuldar keçdi. Biz Pakistanla Azərbaycan arasında ticarət və investisiyalarımızı strateji sahələrdə də inkişaf etdirmək barədə razılığa gəldik”.
Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.6.