Türkiyənin
hakim partiyasının
sədr müavini Zəngəzur dəhlizinin
əhəmiyyəti barədə
paylaşım edib
Türkiyənin hakim
Ədalət və İnkişaf Partiyasının
türk dövlətləri
ilə əlaqələr
üzrə sədr müavini Kürşat Zorlu Zəngəzur dəhlizinin açılması
istiqamətində birgə
səylərin əhəmiyyətindən
bəhs edib.
AZƏRTAC xəbər verir ki, K.Zorlu
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın Xankəndidə
keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının
(ECO) 17-ci Zirvə görüşündə
iştirakı haqqında
sosial şəbəkələrdə
paylaşım edib. O,
Türkiyə və Azərbaycan liderlərinin
dialoqunu iki ölkənin qardaşlığının
sarsılmazlığı rəmzi
adlandırıb. Partiya
sədrinin müavini qeyd edib: “Prezident
Ərdoğanın qeyd
etdiyi kimi, Türkiyə ilə Azərbaycanı, sadəcə,
dostluq deyil, möhkəm qardaşlıq
əlaqələri birləşdirir.
“Bir millət, iki dövlət” kəlamı xüsusi məna ilə zənginləşib. Ölkələrimiz
tarixin ən kritik və mühüm məqamlarında
dəfələrlə bir-birinə
dəstək nümayiş
etdirib”.
Siyasətçi bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Onun paylaşımında qeyd olunur: “Bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün Türk dünyası üçün tarixi prosesdir”.
Azərbaycan.-2025.- 6 iyul (¹ 136).- S.6.