Britaniyalı ekspert: Azərbaycan beynəlxalq arenada öz nüfuzunu bir daha yüksəldib

 

Azərbaycan beynəlxalq arenada öz nüfuzunu bir daha yüksəldib.

Bu sözləri AZƏRTAC-a beynəlxalq əlaqələr üzrə ekspert Tobi Qreqori Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində deyib.

Onun sözlərinə görə, bu mühüm tədbir Azərbaycanın Asiya Avropa arasında diplomatik iqtisadi körpü kimi meydana çıxdığını göstərir.

Ekspert bildirib: “Azərbaycan artıq bir neçə nüfuzlu beynəlxalq tədbirə, o cümlədən Zirvə görüşlərinə, forumlara konfranslara ev sahibliyi edib. Ölkəniz pozitiv dialoq aparmaq naminə insanları beynəlxalq yerli səviyyədə bir araya gətirir. Burada keçirilən Zirvə görüşü həmin təqdirəlayiq səylərin bariz nümunəsidir”.

 

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.6.