Şəmkirdə festival festivala qarışdı

 

Şəmkirdə kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına aqrar sahibkarlığın təşviqinə xidmət məqsədilə Aqrar Biznes Tərəvəz festivalları keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.

Festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını xidmətlərini nümayiş etdiriblər. Tərəvəz Festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri - pomidor, xiyar, bibər, badımcan digər yerli məhsullar təqdim olunub. Festivalda Qazax-Tovuz iqtisadi rayonu üzrə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarından fermerlər yerli rayon sakinləri iştirak ediblər.

Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnikası texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik mineral gübrələr, eləcə bitki mühafizə vasitələri sərgilənib. Festival iştirakçıları yerli fermerlərin yüksəkkeyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Festivalda kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı, istixana sahibləri fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün açıq havada ziyafət təşkil edilib.

Festivalın ənənəsinə uyğun olaraq həmçinin bank bank olmayan kredit təşkilatlarının dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası keçirilib.

Panel sessiyalarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Biznesin İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel sessiyası zamanı dövlətin kənd təsərrüfatı sektoruna yönəltdiyi maliyyə dəstək alətləri, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta imkanları fermerlər üçün yaradılan maliyyə mexanizmləri barədə məlumatlar verilib. Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən fermerlər üçün " Kartof bitkisinin xəstəlik zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri" mövzusunda təlim keçirilib.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.7.