Burada gələcəyin çempionları yetişir

 

Neftçala Olimpiya İdman Kompleksi yeniyetmə gənclərin sevimli ünvanıdır

 

İdmanın inkişafı bu gün dövlətimizin prioritet istiqamətlərindəndir. Bütün məsələlər kimi, bu mühüm sahə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun sayəsində ölkənin hər yerində Olimpiya İdman kompleksləri, idmanın ayrı-ayrı növləri üzrə mərkəzlər tikilir, idman qurğuları lazımi avadanlıqlarla təchiz edilir, kadr potensialı möhkəmləndirilir.

İdman sahəsində görülən tədbirlər gənclərimizin fiziki mənəvi cəhətdən möhkəmlənməsinə, onların asudə vaxtlarının səmərəli keçməsinə, gənclərin pis vərdişlərdən uzaqlaşmasına, onlarda vətənpərvərlik hisslərinin güclənməsinə, fəal vətəndaşlıq mövqeyinin inkişafına vəsilə olur. Azərbaycan gənclərinin müntəzəm olaraq idmanla məşğul olması nəticədə onların hərbi sahədəki uğurları ilə birbaşa bağlıdır. 44 günlük Vətən müharibəsində bu cəhət özünü bariz şəkildə göstərdi. Şuşa kimi alınmaz qalanın mənfur düşməndən heç bir hərbi texnika tətbiq etmədən təmizlənməsində gənc əsgərlərimizin idmançı çevikliyinin, igidliyinin, cəsurluğunun necə böyük rol oynadığı hamının yadındadır.

Azərbaycan idmançıları müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır, bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Bunlar hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. İdmançılarımız qazandıqları qələbələrə görə dövlət tərəfindən yüksək mükafatlarla təltif olunurlar. Məhz bunların nəticəsidir ki, ölkəmizdə bu gün idman bədən tərbiyəsi kütləvi hal almışdır.

Neftçalada idmanın zəngin ənənələri var. Keçən əsrin 60-80-ci illərində rayonda idmanın boks, ağırlıqqaldırma, futbol növləri üzrə uğurlu nəticələr əldə olunub. Respublika, eləcə keçmiş SSRİ miqyasında keçirilən müxtəlif yarışlar turnirlərdə uğurlu çıxış edən rayonun idmançıları Azərbaycanın, o cümlədən doğulub boya-başa çatdıqları Neftçalanın idman şərəfini layiqincə qorumuşlar. İdman ustası titulunu daşıyan həmin idmançılar yaşlı nəslin nümayəndələri tərəfindən bu gün xoş unudulmaz xatirələrlə anılırlar.

Adından da göründüyü kimi, Neftçala neft ərazisidir. Burada neft qazçıxarma, yod-brom, kimya balıqçılıq müəssisələri uzun illərdən bəri mövcuddur. Yaxın keçmişə qədər həmin idarələr tam gücləri ilə fəaliyyət göstərirdi. Bu müəssisələrdə çalışan cavanlar rayonda idmanın inkişafına da öz töhfələrini vermişlər. İndi SOCAR-ın balansında olan futbol stadionu o illərin yadigarıdır. Stadion bu gün neft şirkətinin diqqət mərkəzindədir. Vaxtaşırı olaraq təmir edildiyi üçün stadionda tez-tez yarışlar digər kütləvi idman tədbirləri keçirilir.

Neftçala Olimpiya İdman Kompleksi isə 2022-ci ildən fəaliyyət göstərir. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi kompleks 4 hektar ərazidə salınmışdır. Möhtəşəmliyi ilə özündən əvvəlkilərdən fərqlənən Olimpiya kompleksi memarlıq cəhətdən Neftçala şəhərinə xüsusi yaraşıq verir. Burada 770 yerlik universal zal, süni örtüklü açıq qapalı mini-futbol meydançası, 224 tamaşaçı yerlik üzgüçülük hovuzu, aerobika, boks, ağır atletika, trenajor, şahmat, gimnastika, güləş, taekvando-karate zalları, 28 nəfərlik kafe-restoran, 28 qonaq otağı olan mehmanxana, açıq havada idman meydançaları, qaçış zolağı, digər köməkçi texniki binalar var. Təcrübəli məşqçilərin təşəbbüsü ilə kompleksə cəlb edilən yeniyetmələr gənclər futbol, üzgüçülük, bədii gimnastika, trenajor, boks, güləş, cüdo, ağır atletika, stolüstü tennis idman növləri üzrə tərtib edilmiş qrafik əsasında müntəzəm məşq edir, seçdikləri idman növünün sirlərini dərindən mənimsəyirlər. bütün bunlar, təbii ki, nəticəsiz qalmır. Mirzəqurbanlı kənd tam orta məktəbin 8-ci sinif şagirdi Aynişan Rzazadə bu yaxınlarda qızlar arasında keçirilən boks birinciliyində 48 kiloqram çəki dərəcəsi üzrə gümüş medalın sahibi olmuşdur. Gimnastika üzrə məşqçi Flora Babaşova isə hər həftə 3 dəfə Bakıdan Neftçala şəhərinə gələrək yeniyetmə qızlara bu zərif idmanın sirlərini öyrədir. Çəkdiyi zəhmət hədər getmir. Artıq neftçalalı qızlardan ibarət 11 nəfərlik komanda formalaşıb. "Gimnastika hamı üçün" layihəsi çərçivəsində bu günlər Bakıda keçirilən beynəlxalq tədbirdə həmin komanda uğurla çıxış edərək 3-cü olmuşdur.

Kompleksdə vaxtaşırı dövlət qulluqçuları, müəllimlər, həkimlər, tələbələr, şagirdlər arasında intellektual yarışlar, "Şahin" hərbi idman oyunları, rayon respublika birincilikləri keçirilir. Ölkənin ali məktəblərinin müəllim-tələbə heyəti hər il bir neçə dəfə kompleksin qonağı olaraq fiziki hazırlıqlarını möhkəmləndirir, Xəzərin sahilində yerləşən Neftçala şəhərinin sosial həyatı ilə tanış olurlar. Elə bu yaxınlarda ayrı-ayrı günlərdə Sumqayıt, Lənkəran, Zaqatala dövlət universitetlərinin tələbələri 3 gün kompleksdə həm qonaq olmuş, həm fiziki hazırlıqlarını möhkəmləndirmişlər.

Söz düşmüşkən onu da qeyd edək ki, Neftçala Olimpiya İdman Kompleksində hər cür şərait olduğundan Neftçala Uşaq-Gənclər İdman Məktəbi bura köçürülmüşdür.

Olimpiya idman kompleksində həyat, necə deyərlər, hər gün bulaq kimi qaynayır. Yeniyetmələr, gənclər çiyinlərində idman çantası ya kompleksə daxil olur, ya da məşqi başa çatdıraraq evlərinə yollanırlar. Onların hər birinin çöhrəsində sevinclə bərabər, qələbə hissi görmək olur. Bu, Neftçalanın keçmiş idman şöhrətini yaxın vaxtlarda geri qaytarmaq inamından doğan bir hissdir.

 

Seyran CAVADOV,

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.8.