MAQATE: “Zaporojye AES- vəziyyət son dərəcə təhlükəlidir

 

İranın nüvə obyektlərində isə təftiş həyati əhəmiyyət kəsb edir

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, Ukraynada Rusiyanın nəzarəti altında olan Zaporojye Atom-Elektrik Stansiyası (AES) xarici enerji təchizatını tamamilə itirib vəziyyət son dərəcə təhlükəlidir. Onun dediyinə görə, iyulun

4-də AES xarici enerji təchizatından tamamilə məhrum olub.

Bunun Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri 9-cu 2023-cü ilin sonundan ilk hal olduğunu qeyd edən Qrossi deyib: "Stansiya hazırda qəzalı dizel generatorları ilə işləyir bu, nüvə təhlükəsizliyinin son dərəcə təhlükəli vəziyyətdə olduğunu göstərir".

Qeyd edək ki, AES-in zədələnməsinə görə, münaqişə tərəfləri bir-birini ittiham edir.

MAQATE rəhbəri həmçinin bildirib ki,  İran obyektlərinin təftişini bərpa etmək üçün Tehranla danışıqlar çox vacibdir. Qrossi İranın nüvə obyektlərinin təftişini mümkün qədər tez bərpa etmək üçün Tehranla danışıqların həyati əhəmiyyət daşıdığını deyib.

İranın MAQATE ilə əməkdaşlığı dayandırmasından sonra "X" sosial media saytındakı yazıya görə, Qrossi məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, agentliyin İranda monitorinq yoxlama fəaliyyətlərini mümkün qədər tez bərpa etmək üçün bu prosesi necə həyata keçirəcəyi ilə bağlı Tehranla danışıqlar aparması həyati əhəmiyyət kəsb edir.

MAQATE-nin başqa bir açıqlamasına görə, İsrailin hücumları ilə başlayan münaqişə boyu İranda qalan müfəttişlər agentliyin Vyanadakı qərargahına qayıdıblar.

Məlum olduğu kimi, İran Qrossini İsrail Amerikanın ölkə daxilindəki nüvə obyektlərinə hücumlarını qanuniləşdirməkdə İsrailin xeyrinə casusluq etməkdə ittiham edib Qrossinin ölkəyə girişinə qadağa qoyub. İyunun 25-də isə İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun layihəsini səsə qoyaraq qəbul edib. Parlamentin qəbul etdiyi qanunları təsdiqləyən orqan olan Keşikçilər Şurası iyunun 26-da qanunu təsdiqləyib.

Prezident Məsud Pezeşkianın imzaladığı MAQATE ilə əməkdaşlığı dayandıran qanun iyulun 2-də qüvvəyə minib.

 

R.CƏFƏROV,

Azərbaycan.-2025.- 6 iyul (№ 136).- S.12.