"Elektroenergetika haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 221-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 221-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Elektroenergetika haqqında" Azərbaycan
Respublikası Qanununun
39.2-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
39.2-1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Elektroenergetika haqqında" Azərbaycan
Respublikası Qanununun
13.2-ci maddəsinin qüvvəyə
minməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. "Elektroenergetika haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 221-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
3. "Elektroenergetika haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
858-VIQ nömrəli Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
19 may tarixli 2143 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2023, № 5, maddə 647 (Cild
I) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə
"38-ci," sözlərindən sonra "39.2-1-ci," sözləri
əlavə edilsin;
3.2. 1.2-ci bəndə
"33.1-ci," sözlərindən sonra "39.2-1-ci," sözləri
əlavə edilsin.
4. Azərbaycan Respublikasının
Energetika Nazirliyi və "AzərEnerji"
Açıq Səhmdar
Cəmiyyəti "Elektroenergetika
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2025-ci il
21 iyun tarixli 221-VIIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyul 2025-ci il
Azərbaycan.-2025.-
8 iyul (№ 137).- S.3.