Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:

birinci dərəcəli fövqəladə səlahiyyətli elçi

 

Məmmədov İlham Nəriman oğlu

Mərdəliyev Seymur Qurban oğlu

 

ikinci dərəcəli fövqəladə   səlahiyyətli elçi

 

Məmmədov Raman Ağamalı oğlu

Səfərova Nərgiz Abbasqulu qızı.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2025-ci il

Azərbaycan.-2025.- 9 iyul (№ 137).- S.2.