"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli 11 aprel tarixli 175-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.4.3.6-cı maddədən "(bu Qanunun 8.17-ci maddəsində göstərilən hallar istisna olmaqla)" sözləri çıxarılsın.

2. 8.17-ci maddə üzrə:

2.1. ikinci cümləyə "buraxılışlarına" sözündən sonra "(həmin səhmlərin dövlət orqanları (qurumları) ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla)" sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Səhmlərin dövlət orqanları (qurumları) ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır həmin səhmlər yerləşdirilmiş hesab edilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 21 iyun 2025-ci il

Azərbaycan.-2025.- 9 iyul (№ 138).- S.2.