Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
ilə görüşü
olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü
olub.
AZƏRTAC xəbər verir ki, söhbət
zamanı dostluq və qardaşlığa
əsaslanan Azərbaycan-Birləşmiş
Ərəb Əmirlikləri
əlaqələrinin strateji
tərəfdaşlıq xarakteri
daşıdığı, siyasi münasibətlərimizin
yüksək səviyyədə
olduğu, iqtisadi-ticari
əməkdaşlığın inkişaf etdiyi vurğulandı.
Prezident İlham
Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb
Əmirliklərinə, Prezident
Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri
məmnunluqla xatırlandı,
həmin səfərlər
zamanı müxtəlif
sahələri əhatə
edən ikitərəfli
gündəliyimizlə bağlı
geniş müzakirələrin
aparıldığı qeyd
olundu.
Görüşdə ikitərəfli əlaqələrə
dair fikir mübadiləsi aparıldı,
enerji, o cümlədən
bərpaolunan enerji sahəsində ölkələrimiz
arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və
bu istiqamətdə perspektiv layihələr müzakirə edildi.
SOCAR-la ADNOC, həmçinin
ölkəmizlə “Masdar”
şirkəti arasında
bərpaolunan enerji sahəsində əməkdaşlıqdan
məmnunluq bildirildi.
Söhbət zamanı
İqtisadi Əməkdaşlıq
Təşkilatının Xankəndi
şəhərində keçirilmiş
Zirvə görüşünün
əhəmiyyətinə toxunuldu
və Birləşmiş
Ərəb Əmirliklərinin
bu tədbirdə yüksək səviyyədə
təmsil olunması təqdir edildi.
Sonra prezidentlərin
iştirakı ilə
“Azərbaycan Respublikası
Hökuməti ilə
Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti
arasında Hərtərəfli
İqtisadi Tərəfdaşlıq
Sazişi” imzalandı.
Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan.-2025.- 10 iyul (№ 139).- S.1.