Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı
ilə təsdiq edilmiş “İşsizlikdən
sığorta vəsaitlərinin
uçotunun aparılması
və hesabatın təqdim olunması Qaydası”nda dəyişiklik edilməsi
haqqında
¹ 200
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Sosial sığorta haqqında”,
“Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 16 dekabr tarixli
101-VIIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 29 dekabr tarixli 621 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 12 (II kitab),
maddə 2566 (Cild I) ilə təsdiq edilmiş “İşsizlikdən
sığorta vəsaitlərinin
uçotunun aparılması
və hesabatın təqdim olunması Qaydası”nın 4.1-ci bəndinin
ikinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun 6.2.11-ci maddəsinə
uyğun olaraq sığortaedənlər bu
barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən
gec olmayaraq, sığortaedən Azərbaycan
Respublikasında fəaliyyətini
müvəqqəti dayandırdıqda,
habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə
xitam verildikdə bu barədə müvafiq ərizədə
(arayışda) göstərildiyi
tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün
həmin Qanunla müəyyən edilmiş
müddətdən gec
olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
müəyyən edilmiş
formada həmin Xidmətə hesabat verməlidirlər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 4 ” “ iyul ” 2025-ci il
Azərbaycan.-2025.-
10 iyul (¹ 139).- S.2.