“Daşınmaz abidələrin pasportlaşdırılması
Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın
təsdiq edilməsi haqqında
¹ 201
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2025-ci il
16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 5 iyun tarixli 407 nömrəli Fərmanının
2.1-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Daşınmaz abidələrin
pasportlaşdırılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Daşınmaz abidələrin
pasportunun nümunəvi
forması” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
və Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi
daşınmaz tarix və mədəniyyət
abidələri ilə
bağlı pasportların
1 (bir) il müddətində mədəniyyət
sahəsində elektron
məlumat sisteminə
yerləşdirilməsini təmin
etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 8 ” “ iyul ” 2025-ci il
Azərbaycan.-2025.-
10 iyul (¹ 139).- S.2.